Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Genc Qizin Hekayesi

14 yaşında ilk aşiq olmuşdu. Bir neçə ay sonra ayrılmaq məcburiyyətində qalmışdıq. Mən məmləkətimə geri döndüm, o isə orada qalmışdı. Bir neçə ay sonra ona bir məktub yazmışdım və qarşılığını almışdım. Təbii ki eşq bitmişdi amma məktublaşmaq gözəl idi.
Aradan bir il keçmiş idi. Axtarmışdı məni və bir əlaqə yaşamaq üçün çox israr etdi. Qeyri-mümkün olduğunu söylədim. Evlilikdən bəhs edirdi. Halbuki ikimizdə lisey şagirdiydik. O, axtarmaqdan bezmiş və bəs etmişdi. hər şeyi ürəyinə basdırmışdı.
8 il sonra yenə axtardı. Bu dəfə hər şey dəyişmişdi. İkimizin də məktəbi bitmiş, həyata atılmışdıq. Mən gənc bir qız, o isə yaraşıqlı bir cavan olmuşdu. Görüşməyə qərar vermişdik. O məni hələ unuda bilməmiş içində hələ ümid daşıyarkən mən onu çoxdan unutmuş, bir çox əlaqə yaşamışdım. Nəhayət bura gəlmişdi. Ürəyim yerindən atılacaq zənn etmiş, səhərə qədər yata bilməmişdim. Uzun uzun sarıldıq və danışdıq. Mən öz istədiyimi unutmuş, onunla keçirdiyim zamanın dadını çıxarıram. Əllərimizi möhkəm-möhkəm birləşdirmişdik. Ona sarılarkən getməməsi üçün yalvarırdım. O gözəl sözü söyləmişdi :"SƏNİ SEVİRƏM"...
Və getdi. Ürəyimi də götürüb aparmışdı. Davamlı telefonla görüşürdük. Mən artıq onu sevirəm. Gözüm kimsəni görmürdü. Bir fürsətini tapıb yanına getdim. Aramızda 7 saatlıq məsafə vardı. Ailəmə yalan söyləyib, cəsarətimi yığıb, böyük bir riskə girib getdim. Məni çox gözəl qarşıladı. 20 ildir yaşadığım ən gözəl 3 günü yaşadım. Mən məmləkətimə dönərkən döyüş etdik. Qürur və inad etdi, məni artıq axtarmır.
Mən belə böyük bir sevgi bəsləyərkən birdən dəyişdi sanki Mən ilk dəfə sevmişdim. Məni 8 il boyunca unutmayan və həmişə bir ümidlə yaşayan insan necə olur ki axtarmaz? Mənsiz necə edə bilər?
İndi məndə imtina etdim. Amma həyat sürprizlərlə dolu. Bəlkə bir gün yenə qarşılaşarıq. Mən boşanmış bir qadın ,o da boşanmış bir kişi olacaq və biz yenə birlikdə ola bilmə ehtimalını tutacağıq. Hər zaman birləşmə nöqtələri axtarıram. Xəyallar quruyuram və yenə qarşılaşacağımızı bilirəm...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Sevgi varmı?
loading...