Qapıdan içəri girən kimi çantasını bir kənara atdı və özünü yatağa atıb ağlamağa başladı. O, məktəbin basketbol komandasına düşmək üçün əlindən gələni etmiş, ancaq heç cür buna nail ola bilməmişdi. Anası səssizcə otağa girdi və mehriban ifadə ilə nə olduğunu soruşdu. “Komandaya düşə bilmədim. Mənə hələ balacasan dedilər” , - deyə balaca basketbolçu cavab verdi. Anası oğlunun yanına oturdu. Qolunu oğlunun boynuna salıb: “Oğlum, əsas məsələ sənin balaca olmağın deyil. Əsas məsələ içindəki basketbolçunun böyük olmağıdır” , - dedi. Anası bu sözləri deyibotaqdan çıxdı. Bir azdan balaca basketbolçu yatağından qalxdı. İndi o üzünü həmişəkindən daha güclü hiss edirdi. Doğrudur, bəlkə də yaşı balaca idi, ancaq içindəki basketbolçu böyük idi. Ertəsi gün yenidən məşqlərə başladı. Hər gün, hər həftə, hər ay... Və həmişə anasının sözləri qulaqlarında əks-səda verdi. Günlər keçdikcə həm içindəki basketbolçu, həm də ki, əzmi böyüdü...
Növbəti il komandaya yenidən seçkilər keçirildi. Bu dəfə artıq balaca basketbolçunun içindəki “böyük basketbolçu” özünü kifayət qədər göstərirdi. Komandanın məşqçisi ondan çox razı qaldı və onu komandaya götürdü. O, sonrakı illərdə də komandadakı yerini yerini qorudu. Çox keçməmiş hər tərəfdən təkliflər gəlməyə başladı. Əvvəlcə həvəskar komandalarda oynadı. Sonra uğurlarını get-gedə artırdı. Bütün dünya bir vaxtlar məktəb komandasına belə düşə bilməyən Maykl Cordanı dünyanın ən güclü bir basketbolçusu kimi tanıdı.
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?