Sevgililer
						Sevgi vardır ki, dodaqlarda açar
 güllərini,
 Sevgi vardır ki, bir az qar kimi,
 rüzgar kimidir.
 Sevgi vardır oxudur qəlbidə
 bülbüllərini,
 Böylə bir sevgi mənim ruhumu
 oxşar kimidir.
 Sevgi vardır ki, uzaqdan bizə
 parlaq görünür,
 Ona yaxlaşmayalım, çünki o
 zülmətlə dolu.
 Sevgi vardır ki, düşər yerlərə
 daim sürünür,
 Öylə bir sevgi də min dürlü
 xəyanətlə dolu.
 Sevgi vardır ki, bahardan bizə
 güllər gətirir
 İçi zəqqum və zəhər, qoxlama,
 qəlbin qanayar.
 Sevgi vardır üzü xoş, daxili bir
 qorxulu yar.
 Sevgi vardır bizə çox dadlı
 əməllər gətirir,
 Fəqət həpsində qaranlıq gecələr
 kölgəsi var.
 Sevgilərdə qarışıq bilməcələr
 kölgəsi var.
Tarix: 30.10.2012 / 23:45 Müəllif: [Ram] Baxılıb: 946 Bölmə: Sevgi varmı?
loading...