Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Comərdli

Comərdli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Əslində "Comərdli" kəndin adının nisbətən son dövrlərdə farslaşdırılmış variantıdır. Kəndin ilkin türk adı isə "Comartlı" və ya "Comartlu" kimi olmuşdur.

Tarixi
İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisian) rayonunda kənd.

Coğrafiyası və iqlimi
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir

Əhalisi
Kənddə 1873 - cü ildə 208 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 405 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1916-1918-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 149 nəfər (415, s.76-77, 146-147), 1979 - cu ildə 860 nəfər (85, s.191) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim comardlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Comardlı etnoniminin ilk komponenti com Azərbaycan dilinin Muğan şivələrində "tayfa, əqrəba mənalarında işlənir" (240, s.325). Etnotoponimdir. Qurluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin dəyişdirilib Tanahat qoyulmuşdur.

Şəkilləri
Tanınmış şəxsləri
Həsən Əliyev - akademik, ekoloq.
Hüseyn Əliyev (rəssam) - Azərbaycanın xalq rəssamı.
Heydər Əliyev - Azərbaycan Respublikasının üçüncü Prezidenti.


Tarix: 06.02.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 130 Bölmə: Qərbi Azərbaycan
loading...