Ardanışda çay axarları boyunca demək olar ki, məhəllələrin və tayfaların hər birinə məxsus bir və ya iki su dəyirmanı olub. Su dəyirmanlarının çoxu XX əsrin 30-cu illərinə qədər fəaliyyət göstərib. Ardanış kəndindəki dəyirmanlar təkcə Ardanış kəndinin, habelə qonşu kəndlərin də əhalisinə xidmət edib. Ardanışda 15 dəyirman işləyib. Maldarlıq və qoyunçuluq: Heyvandarlıqla məşğul olanlar yarımköçəri həyat tərzi keçirirdilər. Müxtəlif yerlərdə yaylaq, oba yerləri olan kənd əhalisinin Ardanışdan kənarda . Anağız oğlun, Melişoya, Ağmanqana, Almalı dərəsi, Tək ağac ardanışlıların yaylaq yerləri olub. Heyvandarlıqla geniş şəkildə məşğul olanlar yayın əvvəlində yaylağa köçər, payız girəndə isə kəndə qayıdarlarmış. Kolxoz qurulana qədər bu ənənə davam etdirilib. Kolxoz dövründə isə yaylaq və qışlaq yerlərində fermalar tikilməsi, nəqliyyatın inkişafı köçəriliyin aradan qaldırılmasına səbəb oldu.
Tarix: 07.02.2015 / 13:18 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Qərbi Azərbaycan