Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salvartı dağı

Salvartı dağı - Zəngəzur silsiləsində dağ.

Salvartı dağı Zəngəzur mahalının Sisian bölgəsinin Ərəfsə kəndi ilə Naxçıvan MR Şahbuz rayonunun Gömür kəndinin torpaqları ilə həmsərhəddir. Salvartı dağının dəniz səviyyəsindən hündürlüyü 3161,8 metrdir. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir çox rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi.

Mənbəyini Salvartı dağının ətəklərindən götürən çay da onun adını daşıyır və aşağı axarında Bazarçayla birləşib, Araza qovuşan Bərgüşad çayına tökülür.

Salvartı dağının zirvəsində eyniadlı ziyarətgah - pir vardır. Ətraf kəndlərin müsəlman əhalisi Salvartı pirinə ziyarətə gələrdi. Son vaxtlar ermənilər ziyarətgahda dəmir xaç qoyub bura ziyarətə gəlməyə başlayıblar.


Tarix: 09.02.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Qərbi Azərbaycan
loading...