Sərdarabad rayonu
Sərdarabad - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Sərdarabad mahalı ərazisində rayon.
1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il martın 2-nə qədər Sərdarabad rayonu, həmin tarixdən etibarən isə Hoktamberyan (Oktyabr) rayonu adlandırılıb. Ərazisi 680 kv km-dir. Rayon mərkəzi respublika tabeli Sərdarabad (dəyişdirilmiş adı Hoktamberyan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir.
Sərdarabad rayonu Ağrı vadisində yerləşir. Rayonun Türkiyə ilə sərhəddi boyu Araz çayı axır.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri:Baxçalar və s.
Tarix: 09.02.2015 / 12:07 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Qərbi Azərbaycan
loading...