Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uluxanlı

Tarixi
Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə qaçmışlar.

1928-çi ildə Uluxanlıda ermənilər tərəfindən 500 təsərrüfat dağıdılmış, 3173 adam qətlə yetirilmişdir.

Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə Uluxanlı dəmir yolunun adını dəyişdirilərək Masis adlandırılmışdır.

1983-cü il aprelin 24-də ermənilər "genosid" gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. (Xəlilov İ., "Zəngibasar necə dağıldı" məqaləsi, "Vətən səsi" qəzeti, № 39, 10 oktyabr 1991-ci il).

Əhalisi
Uluxanlı – 1918-ci il. 4000 nəfər əhali yaşamışdır. Andranik şəxsən rəhbərlik etmişdir. Silahlı quldur dəstələri kəndi yerlə-yeksan etmiş, qadına, uşaga məhəl qoymadan əhalini ucdantutma qılıncdan keçirməyə cəhd göstərmişlər. 1922-ci ildə kəndə qayıdanların sayı 1800 nəfər olmuşdur.


Tarix: 06.02.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 138 Bölmə: Qərbi Azərbaycan
loading...