Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış

Ardanış — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Çəmbərək rayonunda kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri)
Tarixi
Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf etmişdir. Kənddə 800 şagirdlik üç mərtəbəli orta məktəb binası, 1988-ci ildə istifadəyə hazır vəziyyətdə olan üç korpuslu 1200 şagirdlik yeni məktəb binası, 450 tamaşaçı yeri olan mədəniyyət evi, kino qurğu, 2 kitabxana, müasir üslubda tikilmiş inzibati idarə binası, futbol meydançası, ambulator-həkim məntəqəsi, poçt, 200 nömrə tutumlu ATS, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi. Kəndin ərazisində bir neçə alban-oğuz qəbiristanlığı, Ardanış yarımadasındakı Adatəpə ərazisində və "Ocağın başı" adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, eləcə də, qədim yaşayış məskəninin (tarixi mənbələrə görə Adatəpə adlı kəndin) qalıqları, hidrometeoroloji stansiya və o dövr üçün İttifaq əhəmiyyətli "Dalğa" pansionatı (3 korpusdan ibarət) var idi. Hazırda Adatəpə ərazisi ermənilərin xarici turistləri cəlb etmək üçün reklam etdikləri ən məşhur istirahət mərkəzlərindən biri sayılır.


Tarix: 07.02.2015 / 13:13 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Qərbi Azərbaycan
loading...