Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağciyər xərçəngi.

Ağciyər xərçəngi - bədxassəli ağciyər şişidir, adətən bronxların selikli qişasında inkişaf edir. Bu ən çox yayılmış onkoloji xəstəliklərdəndir və onun tezliyi müxtəlif ölkələrdə artmaqda davam edir. Kişilər qadınlara nisbətən 7 – 10 dəfə çox ağciyər xərçəngindən əziyyət çəkirlər və ağciyər xərçəngi kişilərdə onkoloji xəstəliklərin yayılma tezliyinə görə birinci yerdə durur.

Yönəldici faktorlar

Belə faktorlardan: siqaret çəkməyi, ətraf mühitin çirklənməsini (xüsusən də iri şəhərlərdə və sənaye mərkəzlərində), xroniki ağ ciyər - bronx xəstəliklərini nümunə göstərmək olar. Əsas faktor tüstüsündə böyük miqdarda kanserogen maddələr olan siqaret çəkməkdir, bundan əlavə siqaret təkcə çəkən adam üçün deyil, həm də siqaret tüstüsünü udanlar üçün təhlükəlidir («passiv çəkənlər»). Tənbəki tüstüsü ilə birlikdə bronxlara düşən kanserogen maddələr bronxların normal selikli qişasını yenidən quraraq bədxassəli şişin yaranmasını törədirlər. Ağ ciyər xərçəngi ehtimalı siqaret çəkmə müddətindən və çəkilən siqaretlərin sayından birbaşa asılıdır.

Növləri

1) ağciyərdə mərkəzi xərçəng - iri bronxlarda inkişaf edərək ağ ciyərin sol və sağ tərəflərinin mərkəzində yerləşir

2) ağciyərdə periferik xərçəng - kiçik bronxlarda inkişaf edərək ağ ciyərin periferiyasında yerləşir. Ağ ciyər xərçənginin inkişafı ağırlaşma olmasından və şişin ölçüsündən asılı olaraq 4 mərhələyə bölünür.

Simptomlar və gedişat

Ağciyər xərçənginin tanınması çətinliyi spesifik təzahürlərlə bağlıdır. Uzun müddət (aylar və illər) xroniki bronxit xəstələri üçün adi olan simptomlar bronxiti olan siqaret çəkəndə də ola bilər - öskürək, bəlğəm gəlməsi, təngnəfəslik. Ağciyər xərçəngindən adi simptomların xarakteri dəyişdikdə şübhələnmək olar: öskürəyin xarakteri dəyişdikdə, tezliyi artdıqda, gecələr baş verdikdə, təngnəfəslik artdıqda, bəlğəmin xarakteri dəyişdikdə, xüsusən də bəlğəmdə qan qarışığı olduqda (qanhayxırma), qeyri-adi və inkişafda olan zəiflik, çətin aydınlaşdırılan yüksək hərarət, döş qəfəsində ağrılar əmələ gəlməsi. Bəzən ağciyər xərçəngi ağciyərin eyni sahəsində təkrar baş verən pnevmoniya kimi təzahür edə bilər. Bu simptomlar haqqında həkimə məlumat vermək lazımdır ki, vaxtında mümkün olan ağ ciyər xərçəngini müəyyən etmək olsun.

Diaqnoz

Ağciyərdə xərçəng müəyyən olunmasının vacib üsulu xəstəlik təhlükəsi mühitində olan əhali qrupları arasında aparılan flüoroqrafiyadır. Bir neçə il ərzində aparılan flüoroqrafiya nəticələrinin tutuşdurulması vacibdir. Ağciyər xərçənginin diaqnostikasının əsas üsullarından biri rengenoloji araşdırmadır. Çox vaxt diaqnozu dəqiqləşdirmək üçün, xüsusən də ağ ciyərin mərkəzi xərçəngindən şübhələndikdə, biopsiya və bronxoskopiya aparılır. Bu və ya digər araşdırma üsulları onkoloq nəzarəti altında aparılır.

Müalicə

Ağciyər xərçənginin müalicəsi onkoloji şöbələrdə aparılır, o cümlədən cərrahiyə, şüa müalicəsi və xərçəng əleyhinə preparatlar tətbiq olunur.

Profilaktika

Ağciyərin xərçənginin profilaktikası siqaret çəkməklə mübarizəyə, tam və vaxtında ağciyər – bronx xəstəliklərinin müalicəsinə əsaslanır.


Tarix: 19.01.2015 / 13:23 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Pulmonologiya
loading...