Pnevmokoniozlar peşəylə bağlı ağciyər xəstəliyidir, uzunmüddətli tozla nəfəs almaqla və diffuzlu interstisial fibrozun inkişafı ilə xüsusiyyətlənir. Dağ-mədən, kömür, asbest, maşınqayırma və sənayenin digər sahələrində işləyən fəhlələrdə rast gəlmək olar. Pnevmokoniozun inkişafı nəfəs alınan tozun fiziki və kimyəvi xüsusiyyətlərindən asılıdır.
Pnevmokoniozlar kliniki təsvirdə bir sıra oxşar əlamətlərə malikdirlər - yavaş, inkişafa meylli xroniki gedişat, çox vaxt iş qabiliyyəti pozulur; ağciyərdə dayanıqlı sklerotik dəyişikliklər.
Pnevmokoniozların profilaktikası prinsipləri də ümumidir, ilk növbədə istehsal sahələrinin havasının tozlanmasının maksimum azaldılmasına, ilkin (işə götürmə zamanı) və dövri tibbi müayinələrin aparılmasına yönəlmiş texniki və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsinə əsaslanırlar. Məsələn, silisium tərkibli tozların təsiri ilə bağlı, işə götürülərkən əks göstərişlər ağciyər vərəmində, yuxarı tənəffüs yolları və bronxlarda, göz pərdəsinin bir sıra xəstəliklərində, dəri, allergik xəstəliklərdə təyin olunurlar. Hökmən ildə iki dəfə və ya iki ildə bir dəfə istehsalın təhlükə potensialından asılı olaraq dövri tibbi müayinələr aparılmalıdır. Müayinələri terapevt və otolarinqoloq döş qəfəsi üzvlərinin rentgenoqrafiyası və xarici tənəffüs funksiyalarının araşdırılması əsasında aparırlar. Profilaktikanın bioloji üsulları orqanizmin reaktivliyinin yüksəlməsinə və ondan tozun sürətlə çıxmasına yönəlmişlər. Ultrabənövşəyi şüalanma, qələvi qarqaraların tətbiqi, ümumi və tənəffüs gimnastikası məsləhət görülür;
Koniotik prosesin dayandırılması və zülal mübadiləsinin normallaşdırılmasına yönəlmiş xüsusi qidalanma təşkil olunur.
Pnevmokoniozların aşağıdakı növlərini fərqləndirirlər: silikoz və silikatozlar, metallokoniozlar, karbokoniozlar, qarışıq tozlu pnevmokoniozlar (antrakosplikoz, siderosilikoz və s.), üzvi tozlu pnevmokoniozlar.
Silikoz - ən çox yayılmış və ağır gedişatlı pnevmokonioz, uzun müddət tozla nəfəs almaq nəticəsində inkişaf edir, tərkibində sərbəst silisium 4-oksidi olur. Çox vaxt müxtəlif dağ filizlərinin fəhlələrində olur (buruqçular, qazmaçılar, şaxtalarda dayaq vuran fəhlələr və s.), tökmə sexi fəhlələri (şırnaqçılar, təmizləyicilər, qəlibçilər və s.), odadavamlı materiallar və keramik məhsullar istehsalı fəhlələri. Xroniki xəstəlik kimi təzahür edir, inkişaf sürəti və ağırlığı müxtəlifdir, tənəffüs olunan tozun təcavüzkarlığından birbaşa asılıdır (tozun konsentrasiyası, sərbəst silisium 4-oksidin onda olan miqdarı, sıxlığı və s.), həmçinin toz faktorunun təsir müddətindən və orqanizmin individual xüsusiyyətlərindən asılıdır.
Patogenez
Tənəffüs yolları titrək epitelinin ardıcıl olaraq atrofiyası tozun tənəffüs üzvlərindən təbii yolla çıxmasını xeyli azaldır və alveollarda ilişib qalmasına şərait yaradır. İnterstisial ağciyər toxumalarında birincili reaktiv skleroz dönmədən tərəqqili gedişatlı inkişafda olur. 1-2 mkm ölçülü hissəciklər daha təcavüzkar olurlar, çünki bronxial ağacın dərin şaxələrinə girərək ağ ciyər parenximasına çatır və orada ilişib qalırlar. Müəyyən rolu mexaniki tozlar, həmçinin, ağ ciyər toxumasının toksik-kimyəvi zədələnməsi oynayırlar, lakin tozun aktivliyi əsasən kristal quruluşlarından və səthlərində silanol qrupunun (SiOH) olması ilə bağlı kristalların zülalları adsorbsiya etmək qabiliyyətindən asılıdır. Bu faqositlərin (yad cisimləri udan hüceyrələrin) lipoproteid mənşəli maddələrin (antigenlərin) ayrılması və silikotik düyüncüklərin formalaşması əsasında dayanan presipitasiya reaksiyasına girən yad cisimlərin yaranması ilə məhvinə gətirir. Fibroz prosesin tərəqqisi qan dövranının pozulmasına, limfostaza və birləşdirici toxumanın sonrakı şaxələnməsinə gətirir. Bütün bunlar iltihab və atrofik proseslərlə bərabər bronxlarda ağ ciyər emfizeması, ağ ciyər ürəyi və tənəffüs çatışmazlığına gətirirlər.
Simptomlar və gedişat
Xəstəlik qəfildən başlayır, adətən, toz təsiri şəraitində uzun stajlı işdə olur. İlkin kliniki simptomlar azdırlar: fiziki işdə təngnəfəslik, sinədə qeyri-müəyyən xüsusiyyətli ağrı, nadir hallarda quru öskürək. Birbaşa müayinədə çox vaxt patologiya tapılmır. Lakin hətta başlanğıc mərhələlərdə emfizemanın ilkin simptomlarını müəyyən etmək olar, əsasən döş qəfəsinin aşağı böyür şöbələrində inkişaf etməkdə olan qutu çalarlı perkutor səs, ağ ciyər kənarlarının və döş qəfəsinin hərəkətliliyinin azalması, tənəffüsün zəifləməsi. Bronxlarda olan dəyişikliklərin əlavə olunmasında bəzən quru xırıltılı sərt tənəffüs olur. Xəstəliyin ifadəli formasında təngnəfəslik hətta sakitlikdə də narahat edir, sinə ağrısı güclənir, döş qəfəsində təzyiq hissi artır, öskürək daimi olur və bəlğəmlə müşaiyət olunur, perkutor və auskultativ dəyişikliklərin təzahürü artır.
Diaqnoz
Silikozun diaqnostikasında rengenoloji araşdırmalar əsas təşkil edirlər. İlkin mərhələlərdə rentgenoqramda ağ ciyər təsvirinin böyüməsi və deformasiyası müşahidə olunur, gözlüklər və torlar əmələ gəlirlər, silikotik düyünlərin tək-tək kölgələri yaranır, hissələrarası plevra sıxılmaları; dəyişikliklər, adətən, simmetrikdirlər, bəzən əsasən ağ ciyərin sağ tərəfində orta və aşağı şöbələrdə lokallaşırlar. Sonra bronxial təsvirin deformasiyası artmağa başlayır, dəqiq sərhədli yumru silikotik düyünlər yerləşən qeyri-düzgün formalı kiçik ləkəli çoxsaylı kölgələr yaranırlar ( "qarlı tufan" və ya "parçalanmış" ağ ciyər təsvirləri xəstəliyin II mərhələsi). Proses İİİ mərhələyə keçdikdə kölgələr iri şişvari konqlomeratlarla (bəzi hallarda boşluqlar əmələ gəlirlər) birləşirlər, əsasən vərəmlə birgə baş verdikdə; ağ ciyər emfizeması əlamətləri ifadəlidirlər.
Kliniki-rentgenoloji xüsusiyyətlərə uyğun olaraq silikozun 3 forması vardır: düyünlü, interstisial və şişvari. İlkin silikotik dəyişikliklərin geriyə inkişafı mümkünlüyü məsələsi həll olunmamışdır. Eyni zamanda silikoz hətta tərkibində silisium 4-oksid olan toz şəraitində iş dayandırıldıqda belə inkişafa meylliliyi ilə fərqlənir. Bir sıra faktorların xoşagəlməz kombinasiyasında (yüksək sıxlıq və konsentrasiya, böyük miqdarda sərbəst silisium 4-oksidin tozun tərkibində olması, ağır iş şəraiti və s.) silikoz artıq bir neçə aylıq işdən sonra inkişaf edə bilər ("erkən silikoz"), lakin bu çox nadir hallarda olur.
Silikozun ağırlaşması: ağ ciyər ürəyi, ağ ciyər-ürək çatışmazlığı, pnevmoniya, obstruktiv bronxit, bronxial astma, nadir hallarda bronxoektatik xəstəlik. Silikoz çox vaxt vərəmlə ağırlaşır və bu silikovərəmə - qarışıq formalı xəstəliyə gətirir. Silikozun və ağ ciyər vərəminin differensial diaqnostikasında silikozda intoksikasiya simptomlarının olmaması, şikayətlərin və fiziki simptomların nisbətən ifadəli olması, xarakterik rengenoloji təsvirdirlər. Silikozun şişvari forması ağ ciyər xərçəngindən kölgələrin yavaş evolyusiyası və xəstənin halının nisbətən yaxşı olması ilə fərqlənir. Silikoz üçün tənəffüs göstəricilərinin dəyişməsi xarakterikdir, ağ ciyərin işlək həcminin, pnevmotaxometrik göstəricilərin azalması, ağ ciyərlərin maksimal ventilyasiyası, başqa sözlə ağ ciyər ehtiyatının azalması. Silikozun diaqnostikasında fəhlənin tozlu iş stajı və sanitar-gigiyenik iş şəraiti xüsusiyyətləri vacibdirlər. Müalicə maddələr mübadiləsinin normallaşmasına, ilk növbədə zülallı, rasional qidalanmanın köməyi ilə, orqanizmin C, P və PP vitaminlərinə ehtiyacının tam ödənilməsinə yönəlir. Bəlğəmgətirici təsirli preparatlar, oksigen terapiyası, tənəffüs gimnastikası təyin olunur; çətinləşmiş tənəffüsdə - bronxgenişləndirici vasitələr (teofedrin, eufillin, atropin aerozolu, efedrin, euspiran); ağ ciyər ürəyinin dekompensasiyasında sidikqovucu vasitələr və ürək qlikozidləri. İlkin mərhələdə sanator-kurort müalicəsi təyin olunur (Krımın cənub sahilləri, Kislovodsk, Qazaxstan kurortlarında kumısla müalicə və s.).
Silikatozlar silikat mineralları tozlarının udulması ilə şərtlənirlər, onların tərkibində silisium 4-oksidin digər elementlərlə qarışığı olur(maqnium, kalsium, ferrum, alüminium və s.). Pnevmokoniozların bu qrupuna asbestoz, talkoz, sementoz, slyuda tozlu pnevmokonioz və s. Silikatlar təbiətdə geniş yayılmışlar və sənayenin bir çox sahələrində tətbiq olunurlar. Silikatoz silikat hasilatı və istehsalı, emalı və tətbiqi ilə bağlı işdə inkişaf edə bilər. Silikatozlarda əsasən fibrozun interstisial forması müşahidə olunur.
Asbestoz silikatozun ən çox rast gəlinən formasıdır və asbest tozunun udulması ilə bağlıdır. Asbestozun inkişafında yalnız tozun kimyəvi təsiri deyil, həm də asbest lifləri ilə ağ ciyər toxumalarının mexaniki zədələnməsinin xüsusi rolu vardır. Tikinti, aviasiya, maşın və gəmiqayırma sənayesi, şifer, faner, boru, asbest içlikləri, tormoz lentləri və s. fəhlələrində rast gəlinir. 5 ildən 10 ilə qədər asbest tozu təsiri şəraitində stajlı işdə işləyən adamlarda bu inkişaf edir. Xroniki bronxitin simptomlar kompleksi, ağ ciyər emfizeması və pnevmoskleroz təzahür edir. Sklerotik proses əsasən ağ ciyərin aşağı şöbələrində bronxlar, damarlar, alveol arakəsmələri ətrafında inkişaf edir. Adətən, xəstələri təngnəfəslik və öskürək narahat edir. Bəlğəmdə bəzən asbest cisimcikləri müəyyən olunurlar. Müayinə zamanı bəzən ətrafların dərisində asbest ziyilləri müşahidə olunur. Xəstəliyin ilkin mərhələsində ağ ciyərin rengenoloji təsvirdə böyüməsi, ağ ciyər qapılarının genişlənməsi və bazal şöbələrin yüksək şəffaflığı müəyyən olunur; tərəqqi prosesində - kobud ağırlaşma hissiyatı təzahür edir. Fibroz şəraitində (o adətən gözlü və ya torlu xarakter daşıyır) kiçik və iri naxışlı kölgələr əmələ gələ bilərlər. Xəstəliyin başlanğıcında subatrofik və ya atrofik rinofaringit əlamətləri, bəzən laringit olur. Plevral reaksiyanın təzahürlü olması tipikdir. Ağırlaşmalarda əsasən pnevmoniya olur. Çox vaxt tənəffüs çatışmazlığı olur. Ağ ciyərdə(15-20%), bronxlarda, plevrada yeni əmələgəlmələrin inkişafı mümkündür.
Talkoz nisbətən xoşxassəli silikatozdur və talk tozu ilə nəfəs almaqla törənir. Asbestoza nisbətən az hallarda olur, bronxit sindromu ilə müşaiyət olunur, tərəqqiyə meylli deyil. Kosmetik kirşandan törəyən talkoz daha ağır keçir.
Metallokoniozlar bəzi metalların tozlarının udulması ilə şərtlənirlər: berillioz, berillium tozları, sideroz, dəmir tozu, alüminoz alüminium tozu, baritoz barium tozu və s. Ən xoşxassəli gedişatla metallokoniozlar fərqlənirlər, onlar üçün ağ ciyərdə (dəmir, qalay, barium) rentgendə görünən, azacıq fibroz reaksiyalı tozların yığılması xarakterikdir. Bu pnevmokoniozlar, əgər sadalanmış metalların təsiri aradan götürülərsə, inkişaf etmirlər; ağ ciyərin rentgendə görünən tozlardan öz-özünə təmizlənməsində prosesin reqressiyası da mümkündür. Alüminoz üçün diffuz, əsasən interstisial fibroz xarakterikdir. Bir çox metallokoniozlarda toksik və allergik təsirli tozlar, ikincili fibroz reaksiyası ilə, bəzən ağır, tərəqqidə olan gedişatla üstünlük təşkil edirlər (berillium, kobalt və s.). Berillioz müxtəlif kliniki formalarda təzahür edə bilər: kəskin pnevmonit, diffuz bronxiolit, ağ ciyər qranupematozu, diffuzlu tərəqqidə olan pnevmoskleroz (bax. Xammen Riç sindromu).
Karbokoniozlar karbon tərkibli tozların (kömür, qrafit, his) təsiri ilə şərtlənir və azacıq ifadəli kiçik ocaqlı və interstisial ağ ciyər fibrozu ilə xüsusiyyətlənir.
Antrakoz - karbokonioz, kömür tozunun udulması ilə şərtlənir. Böyük stajlı fəhlələrdə (15-20 il), kömür çıxardan qazmaçılarda, zənginləşdirmə fabriklərinin və digər istehsalat fəhlələrində kömür tozunun təsiri nəticəsində tədricən inkişaf edir. Silikoza nisbətən gedişat xoşagələndir, ağ ciyərdə fibroz prosesi diffuzlu skleroz tipində gedir. Silisium 4-oksid tərkibli qarışıq kömür və süxur tozlarının udulması antrakosilikoz tərəqqidə olan fibroz inkişafı ilə xüsusiyyətlənən pnevmokonikozun daha ağır formasını törədir. Antrakosilikozun kliniki-rentgenoloji təsviri tozun tərkibində sərbəst silisium 4-oksidinin olmasından asılıdır.
Üzvi tozdan baş vermiş pnevmokoniozu şərti olaraq pnevmokoniozlara aid etmək olar, çünki onlar həmişə pnevmofibroz sonluqlu diffuz proseslə müşaiyət olunmurlar. Çox vaxt allergik komponentli bronxit inkişaf edir, məsələn, bu bitki lifləri (pambıq) tozlarının udulmasından yaranan bissinoz üçün xarakterikdir. Un, taxıl, şəkər çuğunduru, plastmas tozlarının təsirində iltihab və ya allergik xarakterli diffuzlu ağ ciyər dəyişiklikləri azacıq fibroz reaksiya ilə mümkündür. Bu qrupa həm də "fermer ağ ciyəri" aiddir - göbələk tərkibli müxtəlif kənd təsərrüfatı tozlarının təsirinin nəticəsi. Bu qrupa da aid olaraq qeyd etmək lazımdır ki, xəstəliyin etiologiyası həmişə sənətlə bağlı toz faktoru və patogen mikroorqanizmlərdən, xüsusən də göbələklərdən asılı olmur.
Tarix: 19.01.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 290 Bölmə: Pulmonologiya