Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pnevmoniya

Pnevmoniya -ağ ciyərin iltihabıdır.

Pnevmoniyanı aşağıdakı formaları vardır.

1) birincili krupoz pnevmoniya, ocaqlı pnevmoniya (bronxopnevmoniya);
2) tənəffüs üzvlərində və digər üzvlərdə xroniki xəstəliklərlə birgə baş verən pnevmoniya (xroniki bronxit və s.);
3) stasionarda olan ağır xəstələrdə yaranan pnevmoniya;
4) zəifləmiş immunitet fonunda yaranmış pnevmoniya (QİÇS, bəzi preparatların uzunmüddətli qəbulu və s.).

Çox vaxt birincili pnevmoniyalar inkişaf edirlər, onlardan daha çox yayılan ocaqlı pnevmoniyadır.

Xəstəliyin yaranmasında müxtəlif bakteriyalar (adətən, pnevmokokklar), viruslar və digər törədicilər rol oynayır. Kimyəvi və fiziki agentlər - kimyəvi maddələrin ağ ciyərə təsiri (benzin), termik faktorlar (soyuqlama və ya yanıq), radioaktiv şüalanma – adətən, infeksiyalaşma ilə birgə. Pnevmoniya ağ ciyərlərdə allergik reaksiyanın nəticəsi ola bilər.

Xəstəliyin inkişafına həddən artıq soyuqlama, vitamin çatışmazlığı, yoğunluq təsir edir.

Ocaqlı pnevmoniya adətən soyuqdəymə xəstəliyi səbəbindən başlayır: yuxarı tənəffüs yollarının iltihabı nəfəs borusu və bronxlarla ağ ciyərə keçir. Törədici ağ ciyər toxumasına qan və limfa damarları ilə düşə bilər. Bu mərhələdə vacib rolu orqanizmin infeksiyaya və onun yayılmasının qarşısını alan müdafiə qüvvələri oynayır.

Bakteriyaların ağ ciyərdə yaşaması, artması və ağ ciyər alveolları ilə yayılması onların seliklə bərabər yuxarı tənəffüs yollarından və bronxlardan ayrılmasından, həmçinin, normadan artıq əmələ gəlmiş maye axınından çox asılıdır. Ağ ciyərin tənəffüs alveolları pnevmoniyada selikli-irinli xarakterli maye ilə dolurlar. Bu halda nəinki tənəffüs alveollarının, həm də ətrafda olan üzvlərin və toxumaların, o cümlədən bronxların iltihabı baş verir. Ocaqların sayı və ölçüləri müxtəlifdirlər. Viruslu pnevmoniyaların çoxunda ağ ciyərin qan damarları zədələnir və qan alveolyar boşluğa və kiçik bronxlara düşür.

Krupoz pnevmoniyada ağ ciyər alveolyar boşluğa maye axır, ağ ciyərin bir hissəsinin bütün alveolları bu maye ilə dolur və həmin hissə tənəffüsdə iştirak etmir. Bakterial iltihab bütün orqanizmin iltihabı ilə müşaiət olunur, bu damarlara, ürəyə, mərkəzi sinir sisteminə pis təsir edir. Alveollara keçmiş maye qan və fibrin zülalı tərkibli olur, bu da sağlam adamda qan laxtalanması sisteminin ən zəruri tərkib hissəsindən biridir. Qatı fibrin bəlğəmin ayrılmasına maneçilik törədir. Xəstəliyin son mərhələsində fermentlərin təsiri nəticəsində fibrin dağılır, alveolun tərkibi yenidən mayeləşir, bəlğəm asanlıqla çıxmağa başlayır, xəstə sağalır. Krupoz pnevmoniyada iltihab həmişə ağ ciyəri örtən plevraya yayılır, başqa sözlə pnevmoniya plevritlə birgə baş verir. Ona görə də xəstəliyi çox vaxt plevropnevmoniya adlandırırlar.

Simptomlar və gedişat

Adətən, ocaqlı pnevmoniya qəfildən inkişaf edir. Xəstəlik soyuqdəymədən sonra başlayır. Öskürək tədricən artır və xəstəliyin başlanğıcından 1-2 həftə sonra kifayət qədər asanlıqla ayrılan selikli-irinli bəlğəm olur. Viruslu pnevmoniyada bəlğəm çox vaxt qan tərkibli olur. Xəstəni düzgün olmayan qızdırma narahat edir: bədən temperaturu 37 -39 °C arasında dövr edir. Qızdırma zəiflik, tərləmə, üşütmə ilə müşaiyət olunur.

Xəstəliyin ilk simptomlarında evə həkim çağırmaq və onun nəzarəti altında müalicəyə başlamaq lazımdır. Əgər güclü müalicə aparılmasa, bu hal bir neçə həftə və ay davam edə bilər. Viruslu pnevmoniyaların müddəti azdır, lakin gedişatları xeyli ağırdır və böyük təhlükə mənbəyidirlər. Bakterial pnevmoniyada nadir hallarda ürək-damar çatışmazlığı ağırlaşmaları olur; viruslu pnevmoniyada bu ağırlaşmalar adidir. Xəstəliyin ağırlığı ağ ciyərin zədələnmiş hissələrinin sayından asılıdır.

Əksəriyyətində, xüsusən də xroniki bronxitli xəstələrdə ocaqlı pnevmoniya residivə meylli olur və bu hallarda ağ ciyərin iltihabı xroniki gedişata malik ola bilər.

Krupoz pnevmoniya çox vaxt qabaqcadan əlamətsiz olaraq kəskin inkişaf edir. Güclü üşütmə, bir neçə dəqiqəyə bədən temperaturu 39-41°C yüksəlir. Adətən, xəstəni kəskin sancılı yan tərəfinin ağrısı narahat edir və bu tənəffüs zamanı artır; bütün bunlar ağ ciyər plevrasını örtən iltihabla müşaiət olunur. 1-2 gündən sonra, bəzən daha tez , qan qarışıq bəlğəmin ağrılı öskürəyi yaranır. Xəstəni artan təngnəfəslik narahat edir. Onun üzündə xarakterik əlamətlər olur: yanaqların qızdırmadan qızarması (adətən ağ ciyərin zədələnmiş tərəfində daha parlaq), burun pərlərinin və dodaqların göyərməsi. Xəstəlik inkişaf etdikcə xəstənin halı pisləşir, çünki bakteriya zəhərləri və ağ ciyər toxumalarının parçalanması məhsulları orqanizmi zəhərləyirlər. Arteriyal təzyiq düşür, ürək yıgılmaları qəfildən tezləşir. Qəfil əzginlik və etinasızlıq və ya əksinə, narahatçılıq və yuxusuzluq yaranır.

Tanınma

Konkret halda pnevmaniyanın əsil səbəbkarını tapmaqda törədicini bioloji materialda (bəlğəm, bronxoskopiyada bronxlardan gələn selik) tapan mikrobioloqlar kömək edə bilərlər.

“Ağ ciyər iltihabı” diaqnozunu, bir çox illər əvvəl olduğu kimi həkim qoyur, hansı ki, səbrlə barmaqlarını döyərək ağ ciyərə qulaq asır. Rengenoqrafiya və flüoroqrafiya həkmən lazımdır, əlavə olaraq bronxoskopiyadan istifadə etmək olar.

Müalicə

Xəstəliyi inkişaf etməyə qoymamaq üçün vaxtında həkimə müraciət etmək və müalicəyə başlamaq lazımdır.

Xəstədə qanhayxırmanın olması, bədən temperaturunun həddən yüksək olması, artan təngnəfəslik təcili həkim köməyi tələb edir və adətən o xəstəxanaya götürülür. Krupoz pnevmoniyanın müalicəsi stasionarda aparılır. Xəstəyə olunan qulluq xüsusi əhəmiyyət kəsb edir. Xəstə olan otağın havası hər gün dəyişdirilməlidir. Güclü tərləmədən sonra bədən və yataq dəstlərini vaxtında dəyişdirməyə xüsusi diqqət yetirilməlidir. Yataq dəstlərini dəyişdirən zaman xəstənin bədənini zəif spirt məhlulu, yarısına su qatılmış araqla silirlər, sonra yumşaq dəsmalla silirlər. Bu zaman xəstəni soyuqlamaqdan yaxşı-yaxşı qorumaq lazımdır.

Xəstənin qidalanması tam qaydasında olmalıdır, kifayət qədər sellülozlu (kələm, çuğundur, xiyar) tez həzm olunan qida məhsulları, çoxlu isti maye (gündə 1-1.5 l) qəbul etmək lazımdır.

Xəstəlik və sağalma dövründə vitaminlərə tələbat yüksəlir və bunun üçün polivitamin preparatlar qəbul edilir. Dəqiq bilinən sağalma əlamətləri başladıqda və ya krizis ötüşdükdə müalicəvi bədən tərbiyəsini tənəffüs gimnastikasından başlayırlar. Hərəkət mexanizmini tədricən genişləndirirlər, bunu həkim və ya bədən tərbiyəsi üzrə metodist nəzarəti altında etmək məqsədəuyğundur.

Pnevmoniyanın dərmanla müalicəsinin əsasını antibakterial vasitələr (onların seçimini, dozalarını, vurulma qaydalarını yalnız həkim müəyyən edir), həmçinin, bəlğəmgətirici preparatlar, o cümlədən, bitki çayları (dəvədabanı, termopsis, bağayarpağı, ladan, kəklikotu və s.) təşkil edirlər.

Profilaktika

Profilaktika kəskin soyuqdəymə xəstəliklərinin, xroniki bronxitin müalicəsinə, ümumi möhkəmləndirmə tədbirlərinə, peşə ziyanlarından individual və kollektiv müdafiəyə, havanın tozlanması və qazlanması əleyhinə tədbirlərə və xəstəliyin qarşısının alınmasına əsaslanır. Pnevmoniyaya meylli xəstələr vaxtlarının çoxunu sənaye müəssisələrindən uzaqda mümkün qədər təmiz havada keçirməlidirlər.


Tarix: 19.01.2015 / 13:19 Müəllif: Aziza Baxılıb: 240 Bölmə: Pulmonologiya
loading...