Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəskin respirator xəstəliklər (KRX)

Əgər boğazınız ağrıyırsa və burnunuz axırsa, sümükləriniz ağrıyırsa və hərarətiniz qalxıbsa, deməli, sizə soyuq dəyib, elmi dildə isə KRX. İl ərzində sahə həkimi tərəfindən qoyulan diaqnozların əksəriyyətində KRX yazılır

KRX – dörd ümumi əlamətləri ilə birləşmiş xəstəliklər qrupudur.

1.Onlar infeksion mənşəlidirlər. Viruslar, bakteriyalar tərəfindən törənirlər 2.Xəstəlik törədiciləri orqanizmə hava-damci yolu ilə - tənəffüs üzvləri vasitəsilə keçirlər. 3.KRX zamanı birinci növbədə məhz tənəffüs üzvləri zərər çəkirlər. Ona görə də xəstəliyi respirator adlandırırlar, yəni "tənəffüslə əlaqəsi olan". 4.Bütün KRX tez inkişaf edirlər və qısamüddətli olurlar.

KRX törədicinin növündən asılı olaraq üç yerə bölünürlər:

•kəskin respirator-virus infeksiyaları (KRVİ), bura aiddirlər qrip, paraqrip, adenovirus infeksiyası. Rinovirus infeksiyası və iki yüzdən artıq digər KRX; •bakterial KRX, onları streptokoklar, stafilokoklar, pnevmokoklar və çoxlu digər bakteriyalar törədə bilərlər; •mikoplazmalı KRX – çox nadir xəstəlikdir və onun inkişafında hüceyrə əhatəsi olmayan bakteriyalara oxşar mikoplazmalar-mikroorqanizmlər günahkardırlar.

Törədicilər xəstə adamla əlaqədə olarkən hava ilə öskürərkən, asqırarkən, danışarkən keçirlər.

Simptomlar və müalicə

Viruslar və bakteriyalar tənəffüs yoluna düşürlər, selikli qişada qalırlar və qanla bütün orqanizmə yayılan ziyanlı maddələr – toksinlər yaradırlar. Çox vaxt KRX–ya immun sistemi zəif olan böyüklər və kiçiklər tutulurlar. Keçirilmiş xəstəlikdən sonra immunitet dayanıqlı deyil və ona görə də hər bir insan ildə 3 – 4 və daha çox dəfə hər – hansı KRX -ə yoluxa bilər.

Tanınma

KRX qəflətən və kəskin başlayır. Yoluxmadan təxminən iki gün sonra xəstəlik başlayır.

Xəstəlikdən əvvəl adamı narahat edən əlamətlər: əzginlik, zəiflik, əsəbilik. Daha sonra bu simptomlar artır, baş ağrısı, hədsiz dərəcədə zəiflik, əzələ ağrıları, hərarətin yüksəlməsi, tərləmə. KRX törədicisinin növündən asılı olaraq zökəm, boğazağrısı və ya öskürək olur.

Bəzi hallarda tənəffüs yollarının zədələnməsi ilə bərabər gözün də zədələnməsi – konyuktivit baş verə bilər. İlk görünüşdə o qədər də ciddi örünməyən xəstəlik sonra ağırlaşmalar verə bilər, məsələn, pnevmaniya, otit, sinusit, ürəyin zədələnməsi və hətta meningit. KRX zamanı çox vaxt adamda olan digər xəstəliklər kəskinləşə bilər.

KRX diaqnozunu terapevt və ya lor-həkim baxış və sual-cavabdan sonra qoyur. Bundan əlavə həkim qan və sidik analizini təyin edə bilər. Çox vaxt KRX epidemiya şəklində keçdiyindən, xəstəliyin törədicisini konkret olaraq müəyyənləşdirməyə çalışmırlar.

Müalicə və profilaktika

KRX müalicəsi həkim nəzarəti altında ev şəraitində aparılır. Ağırlaşmanın inkişafında və ya xüsusi ağır hallarda pasiyenti xəstəxanaya aparırlar.

Xəstə yataq rejiminə əməl etməlidir, yaxşı olar ki, çoxlu kompot, isti çay içsin. Yüksək hərarətdə hərarətdüşürücü vasitələrdən, lazım olarsa öskürək və ya zökəm əleyhinə preparatlardan istifadə olunsun. KRX müalicəsində tənəffüs gimnastikası və vitaminoterapiya yaxşı effekt verir.

Antibiotiklərin KRXİ müalicəsində effektiv deyillər və ona görə də onları həkim məsləhəti ilə ağırlaşmalarda və bakterial infeksiyalarda qəbul edirlər.

KRX yoluxmasının profilaktikası üçün xəstəni ətrafdakılardan ayırmaq, individual (istifadədən sonra qaynar su ilə yuyulmuş) boşqablar vermək lazımdır. Qripin profilaktikası üçün hər il vaksinasiya etdirmək lazımdır.


Tarix: 19.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Pulmonologiya
loading...