Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pnevmoskleroz..

Pnevmoskleroz - sərt birləşdirici toxumanın ağ ciyər bronxlarında, damarlarda və ağ ciyər alveollarını əhatə edən toxumalarda - alveollarda şaxələnməsidir.

Pnevmoskleroz müxtəlif ağ ciyər xəstəliklərinin son mərhələsi kimi təzahür edir (xroniki bronxit, ağ ciyər vərəmi və s.). Pnevmosklerozun bəzi formaları uzun müddət ağ ciyərə kömür, silisium, filiz, asbest və digər toz növlərinin düşməsi nəticəsində inkişaf edirlər.

Pnevmosklerozun səbəbi toksik maddələr, məsələn, azot oksidi, xlor, kükürd anhidriti olan atmosferdə təkrar və ya birdəfəlik uzunmüddətli olmaq, həmçinin, boğucu qazlarla zəhərlənmə (fosgen, difosgen, xlorpikrin və s.) ola bilər. Uzunmüddət siqaret çəkmək qanunauyğun olaraq xroniki bronxitin və pnevmosklerozun inkişafına gətirir. Çox vaxt pnevmoskleroz alkoqola həddən artıq alüdə olanlarda inkişaf edir. Bu onunla izah olunur ki, spirt buxarı bronx və alveol divarlarına qıcıqlandırıcı təsir göstərir.

Simptomlar və gedişat

Simptomlar və gedişat əsas xəstəlikdən asılıdır və onun ağırlaşmalarında həm də pnevmoskleroz inkişaf edir. Tədricən ağ ciyərin tənəffüs səthi azalır, emfizema inkişaf edir, bronxoektazlar əmələ gəlməklə ağ ciyər toxumalarının yenidən qurulması başlayır, ağ ciyər hipertenziyası formalaşmaqla məhdud sahədə qan dövranının çətinləşməsi olur. Bütövlükdə bu dəyişiklikləri pnevmosirroz adlandırır. Pnevmosklerozun kliniki təsviri (pnevmosirroz), beləliklə, ağırlaşma əlamətləri ilə müəyyən olunur: emfizema, destruksiya və s.

Profilaktika

Peşə ilə bağlı zərərlər və havanın tərkibində olan toksik maddələrlə əlaqənin kəsilməsi əsas xəstəliyin müalicəsinə, pnevmosklerozun qarşısının alınmasına və yavaşımasına kömək edir. Xroniki alkoqolizmin, siqaretə alüdəçiliyin müalicəsi və profilaktikası böyük əhəmiyyət kəsb edir. Xəstənin fiziki aktivliyi baş vermiş ürək və tənəffüs çatışmazlığı dərəcəsi ilə müəyyən olunur. Azacıq gərgin işdə təngnəfəsliyin yaranması fiziki aktivliyin məhdudlaşması siqnalıdır, bədən tərbiyəsinin ağır növlərindən imtina deməkdir, yalnız tənəffüs gimnastikası, ehtiyatla bədəni möhkəmləndirmək, açıq havada uzunmüddətli gəzintilər, əlbəttə ki, xeyirlidir.

Peşə xəstəliklərində pnevmosklerozun profilaktikasında əsas rolu respiratorlar, qazmaların effektiv ventilyasiyası, yonma və şüşə sexlərində ventilyasiya və s. oynayırlar. Xəstəlik əlamətləri müəyyən olunduqda zərərli tozlarla bağlı olmayan digər işə keçmək lazımdır.


Tarix: 19.01.2015 / 13:19 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Pulmonologiya
loading...