Tənəffüs çatışmazlığı – patoloji haldır, fiziki iş zamanı və ya hətta sakitlikdə ağ ciyərin tənəffüs mübadiləsini tam təmin etmə qabiliyyətinin (havada olan oksigenin udulması və karbon qazının çıxarılması) olmamasıdır.
Yaranma səbəbi istənilən ağır və ya uzunmüddətli gedişatlı ağ ciyər xəstəliyi ola bilər. Kəskin tənəffüs çatışmazlığını, kəskin xəstəliyin ağır gedişatında yaranan (ağır pnevmoniya, bronxiolit, bronxial astmanın ağır tutması, döş qəfəsinin zədələnməsi və s.) və ağ ciyərin uzunmüddətli (xroniki) gedişatında yaranan (xroniki bronxit, bronxial astma, ağ ciyər vərəmi , silikoz, və digər “tozlu” ağ ciyər zədələnmələri, döş qəfəsinin deformasiyası və bir çox digər xəstəliklər) xroniki tənəffüs çatışmazlığı xəstəliklərindən fərqləndirir.
Tənəffüs çatışmazlığı aktiv funksiyada olan alveolların (kisəciklərin) sayının azalması, bronx boşluğunun sıxılması, ağ ciyərdə qan dövranının pozulması, havanın alveollardan qana keçməsinin çətinləşməsi (xüsusən də oksigenin) ilə bağlı ola bilər. Tənəffüs çatışmazlığı nəticəsində qan oksigenlə kifayət qədər zənginləşmir ki, bu da orqanizmdə ümumi oksigen çatışmazlığına gətirir.
Simptomlar və gedişat
Tənəffüs çatışmazlığının əsas simptomu təngnəfəslik – əzablı hava çatışmazlığı hissiyatıdır. Xroniki tənəffüs çatışmamazlığının inkişafında əvvəl fiziki işlər zamanı, daha sonra xəstəliyin inkişafında az fiziki iş gördükdə belə və hətta sakitlikdə də xəstə təngnəfəslik hiss edir. Kəskin tənəffüs çatışmazlığı bir neçə dəqiqədən bir neçə günə qədər zamanda inkişaf edə bilər və onun ağırlığı əsas xəstəliyin gedişatı və tibbi yardım göstərilmə tezliyi ilə müəyyən olunur.
Tənəffüs çatışmazlığının xarici əlamətləri tənəffüsün dərinliyi və yüksək tezliyi, dərinin boz rəngi ilə müəyyənləşə bilər.
Diaqnoz
Tənəffüs çatışmazlığının diaqnostikası ağ ciyər həcminin, bronx keçilməzliyinin, qanda qaz konsentrasiyasının (oksigen, karbon), ağ ciyərin rengenoloji araşdırılmasına və bir sıra digər üsullara əsaslanır.
Müalicə
Kəskin tənəffüs çatışmazlığının ilk əlamətlərində təcili olaraq həkimə müraciyət olunmalıdır. Bu halın tənəffüs insanın ölümünə səbəb ola bilər. Xroniki tənəffüs çatışmazlığında birinci növbədə əsas xəstəliyin müalicəsi və profilaktikasını aparmaq lazımdır, əlavə olaraq oksigen inqalyasiyasından, tənəffüs gimnastikasından və xəstənin tam müayinəsindən sonra yalnız həkimin seçimi ilə bir çox digər üsullardan istifadə olunur.
Profilaktika
Tənəffüs çatışmazlığının profilaktikası bu halın səbəbkarı olan əsas xəstəliyin vaxtında profilaktikası və müalicəsindən ibarətdir.
Tarix: 19.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Pulmonologiya