Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vərəm..

Vərəm - infeksion xəstəlikdir, müxtəlif üzvlərdə əmələ gəlməsi ilə xüsusiyyətlənir, çox vaxt ağ ciyərdə olur, spesifik iltihab dəyişiklikləri olur.

Törədici - vərəm mikobakteriyası. Yoluxmanın əsas mənbəyi öskürək və asqıraq zamanı bəlğəmlə ayrılan mikobakteriyalı xəstə adamdır. Vərəm hava-damcı (bəlğəm, xəstənin tüpürcəyi) və ya məişət kontaktı yolu ilə (boşqab, yataq dəsti, kitablar, oyuncaqlar) yayıla bilər, çünki mikobakteriyalar quruduqdan sonra da uzun müddət yaşayırlar. Törədici ağ ciyərdən, mədə-bağırsaq traktından, zədələnmiş dəridən (sıyrıntı, cızmaq yeri və s.) orqanizmə keçə bilər.

Vərəm mikobakteriyasının orqanizmə düşməsi (yoluxma) hər dəfə xəstəliyə gətirmir. O keçirilmiş digər xəstəliklər nəticəsində orqanizmin müdafiə qabiliyyəti azaldıqda, natamam qidalanmada, natəmiz sanitar-gigiyenik şəraitdə baş verə bilər.

Törədici ilk növbədə ağ ciyərləri zədələyir və burada sonradan parçalanan və əriyən kiçik qabarıqlar və ya iri ocaqlar olan iltihab sahələri yaranırlar. Əgər orqanizmin müdafiə qabiliyyəti yüksəkdirsə, bu ocaqlar ətrafında sıx kapsul formalaşır, ocaqların parçalanması bəzən kalsium duzlarının toplanması baş verir. Bu hallarda xəstəlik xoşagələn şəraitdə keçir və adamın həyatı boyu təkrar olunmur. Xoşagəlməz şəraitdə toxumalarda dəyişikliklər artırlar, toxumaların parçalandığı yerlərdə boşluqlar – kavernalar əmələ gəlirlər.

Simptomlar və gedişat

Vərəm üçün bədən temperaturunun yüksəlməsi xarakterikdir, ümumi halın pisləşməsi, gecə tərləmələrinin müşahidə olunması, yüksək yorğunluq; xəstədə iştah düşür, arıqlayır, öskürək əmələ gəlir, bəlğəm olur, bəzən bəlğəmdə qan qarışığı olur, tənəffüs çətinləşir. Kəskinləşmə dövrləri prosesin azalması ilə əvəz olunur. Aldadıcı sağalma bir neçə həftə, bəzən bir necə ay davam edir, sonra yenidən kəskinləşmə olur. Vaxtında həkimə müraciət olunması, düzgün müalicə və qulluq tam sağalmağa imkan verir.

Qan və limfa damarları ilə vərəm mikobakteriyalarının orqanizmdə yayılması, oynaqlarda, sümüklərdə, beyin əhatələrində, böyrəklərdə oturması baş verə bilər. Bütün bu üzvlərdə spesifik iltihab ocaqları, bu üzvlərin zədələnmə simptomlarına uyğun olaraq əmələ gəlirlər.

Tanınma

Əgər yoluxmuş adam həmin anda xəstələnmirsə, o infeksiya daşıyıcısına çevrilir. Bunu yalnız Mantu sınağının köməyi ilə müəyyən etmək olar.

Üç həftə ərzində yuxarıda sadalanmış simptomlardan heç olmasa birinin qalması halında dərhal həkim-ftiziatra müraciət etmək, diaqnozun təsdiqlənməsi üçün xüsusi analizlər vermək lazımdır: bəlğəm araşdırılması, ağ ciyər rentgeni. Kox çöpü tapıldıqdan sonra dərmanlara qarşı həssaslığı müəyyən etmək və düzgün müalicə seçmək üçün bəlğəm əkilməsini aparmaq lazımdır.

Müalicə

İlk dəfə vərəm müəyyən olunmuş xəstələrin demək olar ki, hamısını müalicə etmək mümkündür, əsas odur ki, bunu düzgün edəsən. Müalicə aravermədən və hökmən eyni zamanda bir neçə vərəməleyhinə preparatlarla aparılmalıdır. Xəstənin 6 ay ərzində hər gün qəbul etdiyi 4-5 dərmanın hər biri Kox çöplərinə müxtəlif cür təsir edirlər və yalnız onların birgə tətbiqi məqsədə çatdırır – onları tam məhv edir.

Keyfiyyətli sağalma üçün təkcə vərəməleyhinə preparatlardan istifadə kifayət deyil. Xəstələrə, həmçinin fizioterapiya, tənəffüs gimnastikası və immun preparatlar təyin olunur.

Düzgün olmayan müalicə asan sağala bilən formanı çətin sağala bilən dərmanadayanıqlı vərəmə çevirə bilər.

Cərrahiyyə əməliyyatı – ağ ciyərin bir hissəsinin götürülməsi – vərəmin ağır hallarında həyata keçirilir.

Müalicə olunmadıqda aktiv vərəmdən 1-2 il ərzində xəstələrin 50%-i ölür. Qalan 50%-də müalicə olunmayan vərəm xroniki formaya keçir. Xroniki xəstə ətrafı yoluxduraraq və mikobakteriyalar törədərək çox yaşayır.

Profilaktika

Profilaktikanı BSG vaksini ilə aparırlar. Əgər həkim tərəfindən əks göstəriş yoxdursa vaksinləmə prosesi hökmən yeni doğulanlar üçün aparılır. Mənfi dəridaxili vərəm sınağı halında peyvəndi, həmçinin, yeniyetmələrə də edirlər. Vaksinin təsir müddəti – 4-5 ildir, sonralar immunitet tədricən yox olur. Ona görə də 30 yaşa qədər dövri olaraq göstərişlərə uyğun olaraq təkrar vaksinlər həyata keçirilirlər.


Tarix: 19.01.2015 / 13:18 Müəllif: Aziza Baxılıb: 185 Bölmə: Pulmonologiya
loading...