Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələrdə xroniki ağciyər xəstəliyi

Xroniki ağciyər xəstəliyi yeni doğulan körpələrdə nəfəs almada çətinlik və s. problemlərə yol açır.
Xroniki ağciyər xəstəliyinin səbəblərindən biri yarımçıq doğumdur. Erkən doğulan körpələrdə daha çox olur.
Doğum müddətində nadir hallarda baş verən problemlər ağ ciyərlərə maye yığılmasına səbəb olur. Ağciyərlər maye ilə dolduğundan bu xəstəlik yaranır.
Körpələr normal olaraq daha aşağı ağırlıqda doğulurlar. Bu zaman yarımçıq doğulan körpələrin ağciyərləri hələ tam olaraq inkişaf etmir. Bu vəziyyət xroniki ağciyər xəstəliyinə səbəb olan bir sıra infeksiyalara və digər xəstəliklərə yol açır. Çünki, yarımçıq doğulan körpələrdə tənəffüs problemləri olur.
Ürəkdə olan problemlər də ağciyər xəstəlikləri yaradır. Doğuşdan gələn anomaliyalar da ağciyərlərin inkişafına mənfi təsir göstərir.
Bu xəstəliyin yaranma səbəblərindən biri qidalanma əksiklikləri, düzgün qidalanmamaqdır. Əgər körpəyə lazımi qidalar verilməzsə onların sağlamlığı təhlükə altında olur. Xüsusilə ciddi şəkildə A vitamini əskikliyi olan körpələrdə xroniki ağciyər xəstəliyinin inkişaf riski daha çoxdur. Bu baxımdan körpələrə lazımi qidalar alınmalıdır.
Bu xəstəliyinin əlamətləri doğumdan etibarən 3 həftə sonra ortaya çıxa bilər.
Xüsusilə aşıdaki simptomlar ola bilər:
1. Körpənin sürətli və xırıltılı nəfəs alması;
2. Nəfəs alarkən olduqca məcbur edilməsi və bunun üçün sinə, boyun hissəsi və digər əzələlərdə dəstək alması;
3. Xırıltılı nəfəs;
4. Yemək yeyərkən yorulma;
5. Dəridə solğunluq;
Ən məşhur və ilk görülən əlaməti nəfəs alıb vermədə çətinlikdir. Bu baxımdan körpəyə lazımi diqqət göstərilməlidir.
Xroniki ağciyər xəstəliyinin müalicəsi qızdırmanı aşağı salmaqla aparılır. Daha sonra yenidoğulan körpənin daha rahat nəfəs alıb verməsi üçün lazımlı önləmlər alınır. Bu vəziyyət belə yeni doğulmuş körpəyə müsbət təsir göstərir və ağciyərlərdə olan bəzi problemləri həll edir.
Müalicə ilk olaraq xəstəxanada daha sonra evdə aparılır. Körpə xəstəlik problemini yaşayarkən inkişafda olur. Bu baxımdan ona uyğun qidalanma proqramı hazırlanır. Bundan əlavə ailəyə uşaqları necə baxım edəcəkləri mövzusunda bilik verilir. Hazırlanan qida rasionunun vaxtında və düzgün icra edilməsinə valideyinlər nəzarət edir.


Tarix: 19.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Pulmonologiya
loading...