Məlumata görə Cleveland Klinikasının mütəxəssislərindən Doktor Bohdan Piçurku yaşlılarda ağciyər müalicəsi haqqında danışarkən vacib hesab etdiyi məqamlara toxunmaqla antibiotiklərin yaşlı nəslə təsirindən bəhs edib.
Doktor Piçurku, gənclər üçün tətbiq olunan ağ ciyər müalicəsinin yaşlılarda asan olmadığını bildirib. Onun sözlərinə yaşlılarda olan sətəlcəm halları digər orqanları da məcbur edir və bunun nəticəsində müalicədə müxtəlif çətinliklər yaranır. Məsələn şəkər xəstəliyi olanlarda şiddətlənmə, ağciyər və böyrək funksiyalarının pozulma halları olur. Ona görə sağlam həyat tərzinin vacib elementlərinə əməl etmək olduqca vacibdir. Səhlənkar yanaşıldıqda müxtəlif səbəblərə görə hava ilə qan arasında qaz mübadiləsini təmin edən ağ ciyərlərin bəzi hallarda yaşlı insanlarda müalicəsi çətinləşir. Son nəticədə ağciyər vərəmi olanlarda diaqnoz və müalicə vaxtında tətbiq olunmadığından ağciyərlər və digər orqanlar zədələnməyə məruz qalır.
Misal olaraq, Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela, 8 İyun günü ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya qaldırılıb. Xəstəxanadakı ilk günlərində vəziyyəti düzələn Mandelanın, daha sonra təkrar vəziyyəti pisləşib. Verilən məlumat bir daha təsdiq edir ki, irəli yaşlarda görülən ağciyər infeksiyalarının müalicəsi mövcud səbəblərə görə həmişə asan olmur. Tez-tez sətəlcəm keçirən yaşlıların müalicəsi də çətin olduğundan hər bir insandan sağlamlıqlarına ciddi fikir verməsi, bu cür ehtiyyatlı məsələlərdə diqqətli olması tələb olunur.
Tarix: 19.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Pulmonologiya