Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağciyər emfizeması

Ağciyərin emfizeması anlayışı ağciyər toxumasının hərəkətliliyinin düşməsi və havalılığının yüksəlməsi anlayışlarının birləşməsidir.

Çox vaxt ağciyər bütövlükdə zədələnir (diffuz emfizema). Bəzən ağciyərin doldurulmuş hissələri normal ağciyər toxumalarına uyğunlaşırlar. Belə sahələri bulla, emfizemanı bulyoz adlandırırlar.

Xəstəliyin əsas səbəbi xroniki bronxitdir. Ümumiyyətlə, xroniki bronxitin nəticəsi ağciyər emfizemasının formalaşmasıdır.

Bulyoz emfizemanın inkişafında əsas rolu nəsillik faktorları, həmçinin keçirilmiş ağciyər xəstəlikləri (vərəm və s.) oynayırlar. Siqaret çəkmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi xəstəliyin inkişafına təkan verirlər.

Simptomlar və müalicə

Təngnəfəslik, çəlləyəoxşar döş qəfəsi, onun tənəffüs ekskursiyalarının azalması, qabırğalararası məsamələrin genişlənməsi, körpücük nahiyəsinin şişməsi, perkutor qutu səsi, zəif tənəffüs, ürəyin nisbətən küt nahiyəsinin kiçikləşməsı, diafraqmanın aşağı durumu və hərəkətliliyinin azalması, rentgenoqramda ağ ciyər sahələrinin şəffaflığının yüksəlməsi. Birincili emfizemaya ikinciyə nisbətən daha çox dərəcədə ağır təngnəfəslik xasdır və onunla (öskürək olmadan) xəstəlik başlayır; xəstələrdə hətta sakitlikdə ventilyasiya həcmi həddən artıq böyükdür və onların fiziki iş qabiliyyətləri çox aşağıdır.

Birincili emfizema xəstələri üçün nəfəs verərkən ağızlarını yumaraq yanaqlarını doldurmaq kimi simptom olur və bu nəfəs verərkən bronxdaxili təzyiqi yüksəltmək, ventilyasiya həcminin böyüməsinə maneçilik edən, kiçik bronxlarda ekspirator kollapsı azaltmaq üçün edilir. Birincili emfizemada ikinciliyə nisbətən daha az şəkildə qanın qaz tərkibi pozulur, sianoz az ifadəlidir (“çəhrayı “ tipli emfizema), terminal mərhələyə qədər güclənmiş ventilyasiyanın qanın məqbul oksigenləşməsini təmin edir, ona görə də xəstələrdə ikincili emfizemaya xas olan kopmpensator poliqlobuliya olmur. Birincili emfizemada ikincilidən fərqli olaraq xroniki ağ ciyər ürəyi, adətən, inkişaf etmir.

Diaqnoz

Rengen təsvirində birincili emfizema üçün bircinsli ağciyər sahələrinin şəffaflığının yüksəlməsi və ağciyər təsvirinin kasad olması, xüsusən də ağciyərin aşağı şöbələrində, diafraqmanın aşağı durumu xarakterikdir. İkincili emfizemada ağciyərin aşağı şöbələrinin şəffaflığı peribronxial dəyişikliklərə görə azalmışdır, diafraqma hərəkət etməyə bilər, çünki ağciyərin ümumi həcmi az dəyişir. Diffuzlu emfizemanın hər iki formasının differensiasiyasında tənəffüsün funksional araşdırılması üsullarından istifadə olunur.

Müalicə

Emfizemanın əsas müalicə üsulu oksigen terapiyasıdır (yüksək oksigen tərkibli hava ilə inqalyasiya) və tənəffüs gimnastikası. Bu üsullar tənəffüs və ürək-damar sistemi işinin pozulmasının inkişafını dayandırmağa imkan verirlər.

Bulyoz emfizemada cərrahiyə müalicəsi məsləhət görülür. Müalicənin məğzı bullanın götürülməsidir. Belə əməliyyatlar döş qəfəsinin yarılması kimi klassik və endoskopik (döş qəfəsi yarıqlarından xüsusi alətlərin köməyi ilə) üsullarla aparılır. Bullanın endoskopik üsulla götürülməsinə üstünlük verilir: əməliyyatdan sonra bərpa müddəti xeyli azdır, döş qəfəsində geniş yarıq olmur.

Vaxtında bullanın götürülməsi pnevmotoraksın – bullanın cırılması nəticəsində havanın döş qəfəsinə düşməsi kimi təhlükəli ağırlaşmanın inkişafının qarşısını alır.

Əgər emfizemanın səbəbi xroniki bronxitdirsə, əsas rolu bronxitin kəskinləşməsinin inkişafının qarşısının alınması oynayır. Kəskinləşmənin inkişafında antibiotiklərin tətbiqi ilə həkim nəzarəti altında rasional müalicə aparılmalıdır.


Tarix: 19.01.2015 / 13:18 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Pulmonologiya
loading...