Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antrakoz

Kömür tozunun tənəffüs yoluna düşməsi onun lokal yığılması ilə müşaiyət olunur və bu massivli ağ ciyər fibrozu əmələ gələnədək hiss olunmur. Kömürün ağ ciyərdə toplanması – “ağ ciyər antrakozu“ adlanır və sənaye şəhərləri sakinləri üçün tipik bir haldır. Onu demək olar ki, bu xəstəliyə bütün şəxslərdə, xüsusən də siqaret çəkənlərdə müşaiyət etmək olar. Toz hissəcikləri makrofaqda, alveolun işıq zolağında, bronxiol içində və ətrafında, limfatik drenaj sistemində müəyyən olunurlar. Şəhərlilərdə bu piqmentasiya toksik deyil və hər-hansı tənəffüs üzvlərinin xəstəliklərinin inkişafına gətirmir.

Yalnız uzun müddət və illər boyu, xüsusən də kifayət qədər tozlu mədəndə olan kömür qazmaçılarında bir sıra ağır nəticələr yarana bilər.

Kömür qazmaçılarında antrakozun iki əsas formasını fərqləndirirlər: xoşxassəli ağ ciyər fibrozu antrakozu və ya “ləkəli antrakoz”; inkişafda olan massiv fibroz.

Antrakoz fibrozun və ya “ləkəli antrakozun” ən yüngül xoşxassəli formasında ağ ciyərdə yalnız geniş sağlam toxuma zolaqları ilə ayrılmış lokal qara çalarlı piqment ocaqları olur. Belə qara piqmentasiya ocağına “antrasit ləkə” adı verilmişdir. O respirator bronxiol, ağ ciyər arteriolu və venası ətrafında kömürlə doldurulmuş makrofaqlar toplanmasından ibarətdir. Analoji hüceyrələr limfatik damarlarda və ağ ciyər dibinin limfa düyünlərində müəyyən olunurlar. Fibroz az ifadəlidir, lakin çox vaxt respirator bronxiolun lokal dilatasiyası müəyyən olunur ki, bu da lokal mərkəzi lobulyar emfizema təzahürüdür. Bu dəyişikliklər təkcə kömür tozunun qəbulundan deyil, siqaret çəkməkdən də inkişaf edə bilərlər. “Antrasit ləkələrin” miqdarından, xroniki bronxitin dərəcəsindən, bronxların və lokal emfizemanın ektaziyasından asılı olaraq xəstələrdə tənəffüs pozulmalarının kliniki təzahürləri olur. Ləkəli antrakozun inkişafında rentgen şəkillərində yaxşı görünən 10 mm diametrli düyünlər əmələ gəlirlər. Bu növə ləkəli antrakozun düyünlü forması deyilir. Bu mərhələdə ifadəli fibroz müşahidə olunmur və ağ ciyərin funksiyalarının pozulması o qədər də çox deyil.

Tərəqqidə olan massiv fibroz (TMF) özünü xəstəliyin sonrakı davamı kimi göstərir və adətən ona interkurrent ağırlaşmaların qoşulmasından yaranan ikincili xəstəlik kimi baxılır. Bu halda piqmentasiya daha intensiv olur. Bu qazmaçılarda antrasit ləkələr böyük və çoxsaylı olurlar (“ağ ciyərin qara xəstəliyi”) və tədricən fibroz toxumalarla əhatə olunurlar.

Tərəqqidə olan massiv fibroz düzgün formalı olmayan böyük fibroz düyünlərinin əmələ gəlməsi ilə xüsusiyyətlənir; bu düyünlərin diametri 10mm və daha böyük ölçülərdə ola bilər. Bu fibroz düyünlərin mərkəzində durulaşma olur və onlar kəsildikdə qatı qara mürəkkəb mayesi çıxır. Belə kliniki hallarda qanlı bəlğəm və vərəmə oxşar simptomlar müşahidə olunduğundan bu formanı “qara vərəm” adlandırırlar. Düyünlər kontraksiyaya məruz qalırlar ki, bu da kəsiklər ətrafında qarışıq emfizemanın inkişafına səbəb olurlar. Adətən böyük düyünlər ağ ciyərin orta və yuxarı şöbələrində bilateral yerləşirlər. Müşayət edən emfizema adətən güclü ifadəlidir, bəzən bullalar formalaşır (böyük həcmli anomal hava boşluqları). Xəstəliyin inkişafı fibroza və ağ ciyər toxumalarının destruksiyasına aparır.

Ağ ciyərin nodulyar zədələnməsində yad cisimlər (çox vaxt IgA) müəyyən olunur, eyni zamanda onların qan zərdabında böyümələri baş verir. Bununla bağlı kömür qazmaçılarında revmatoidli poliartritin inkişafı ilə tərəqqidə olan massiv fibroz arasında əlaqə olduğu müəyyənləşdirilmişdir və bunu Kaplan və Koline sindromu adlandırırlar. Məlumdur ki, eyni müddətdə işləyən qazma fəhlələri qrupunda bəzilərində TMF, digərlərində isə - ağ ciyərin azacıq funksional pozulmaları ola bilər. Bunun səbəbi naməlumdur. Fərziyyə olunur ki, bu hala aşağıdakı faktorlar səbəb ola bilərlər:

kömür tozu ilə tənəffüs olunan silisium və kvarsın miqdarı, həmçinin, kömür süxurları (fibrozla bağlı bitum kömürü ağac kömürdən daha təhlükəlidir);

vərəm çöpü və ya atipik mikobakteriyalarla müşaiyət edən infeksiyalanma;

antigenlərin azad olması və makrofaqların məhvi ilə bağlı hiperhəssaslıq reaksiyasının inkişafı;

immun kompleksi ilə bağlı fibrozun inkişafı.

Lakin bu nəzəriyyələrin heç biri sübut olunmamışdır və bəzi alimlər hesab edirlər ki, əsas faktor udulan tozun miqdarıdır.

Xəstəliyin finalında ağ ciyərlər bal şanısı formasını alırlar, ciyər ürəyinin formalaşması müşahidə olunur. Xəstələr ciyər-ürək çatışmazlığından və ya interkurrent xəstəliklərin qoşulmasından vəfat edirlər.


Tarix: 19.01.2015 / 13:22 Müəllif: Aziza Baxılıb: 156 Bölmə: Pulmonologiya
loading...