Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaragül Piroqu (Tyortıy Piroq)

Sürtgəc Kətəsi = Qaragül Piroqu (Tyortıy Piroq)


Xəmir üçün;
4 stəkan yarım un
1 çay qaşığı soda
4 ədəd yumurta – otaq hərarətində
2 stəkan şəkər tozu
100 qram kərə yağı – əridib soyudun

İçi üçün:
Variant 1: 2 stəkan hər hansı bir növ turşməzə meyvəmin cemi
Variant 2: 2 stəkan ərik cemi + bir ovuc doğranmış qoz ləpəsi

Ölçüsü 33 X 22 sm olan formanın dibini və kənarlarını yağlayın. Bir kasada un və sodanı qarışdırıb, kasanı kənara qoyun.



İri bir kasada yumurta və şəkəri qarışana və qaymaq kimi olana qədər mikserlə çalın. Əridilmiş (ərinmiş deyil!) yağı buraya əlavə edib qarışdırın. Unu da tədricən buraya əlavə edib qarışdırın. Əvvəlcə mikserlə çala bilərsiniz, amma daha çox un tökdükdən sonra xəmir bərkiməyə başlayanda, əlinizlə yoğurun. Alınan xəmir bərk olmalı amma bir o qədər de deyil. Əlinizə bir az yapışsa problem olmaz, amma çox yapışırsa, bir az da un əlavə edin.

Xəmiri 2 hissəyə bölün. Bir hissəsini formanın dibinə əlinizlə yayın. O biri hissəni isə kündələyib, mətbəx streçinə büküb buzluğa qoyun ki, bir az bərkisin, təxminən 15 dəqiqə ərzində.

Sobanı 185C-dək qızdırın.

Birinci layın üstünə cemi çəkin. Buzluqda olan kündəni sürtgəcin iri dişlərində birbaşa kətənin üstünə keçirin.

Kətəni 35 dəqiqə və yaxud üstü azacıq qızaranadək bişirin. Soyuduqdan sonra istəyə görə kətənin üstünə şəkər pudrası ələmək olar. Nuş Olsun!


Tarix: 29.11.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Piroqlar
loading...