Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannik piroqu

Mannik hələ XIII əsrdən sevilən şirniyyat növlərindən biri hesab edilməkdədir. Lakin illər keçdikcə onun da resepti bir qədər dəyişmiş, tərkibinə yeni ərzaqlar daxil edilmişdi.

Mannik piroqunun hazırlanmasında süddən, xamadan, qatıq və yoqurtdan istifadə edə bilərsiniz.

Ərzaqlar:

Yumurta – 3 ədəd;
Manna yarması – 1 st.;
Xama – 1 st.;
Şəkər tozu – 1 st.;
Çay sodası – ½ ç/q.
Hazırlanması:

Yumurtanı şəkər tozu ilə qarışdırıb, üzərinə manna yarmasını və xama ilə çay sodası qarışığını əlavə edirik.

Xəmir oladilərin xəmirinə bənzəyir, onu yağ sürtülmüş formaya tökürük və 160-180 dərəcə temperaturda 50-60 dəqiqə bişiririk. Xəmirə zövqə görə kişmiş, fındıq və digər çərəzlər qatmaq olar.

Mannik bişəndən sonra onu süfrəyə qatılaşdırılmış südlə və ya mürəbbəylə vermək olar. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:54 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Piroqlar
loading...