Dadlı yeməklərin daha bir resepti
Ərzaqlar:
500 qram mal əti
3 ədəd soğan
2 ədəd pomidor
150 qram makaron (sraqetti, lapşa)
200-250 qram bərk pendir
Cəfəri, şüyüd
Duz, istiot
Xörəyin şirəsi üçün:
2 x.q. mayonez, xama
2 x.q. tomat pastası
100 ml qaymaq və ya süd
Hazırlanma qaydası:
Pomidorları yuyub, qurulayıb, halqa formasında doğrayın. Göyərtini təmizləyib, yuyub, xırda-xırda doğrayın. Pendiri sürtkəcdən keçirin. 2 ədəd soğanı halqa formasında doğrayın.
Mal ətini və 1 ədəd soğanı təmizləyib, yuyub, ətçəkən maşınından keçirin. Sonra tavada bitki yağında hazırlanmış farşı 10-15 dəqiqə ərzində qarışdıraraq, qovurun. Üzərinə duz və istiot səpməyi unutmayın. İstəsəniz, bişmiş farşı yenidən ət çəkən maşından keçirə bilərsiz.
Makaronu suda bişirib, xörəyin şirəsini hazırlamağa başlayın.
Xörəyin şirəsini hazırlamaq üçün: mayonezin üzərinə tomat pastası əlavə edib qarışdırın. Sonra üzərinə tədricən qaymaq və ya südü tökərək, yaxşıca qarışdırın. ( cəmi 1 stəkan xörək şirəsi alınmalıdır).
Bişirmək üçün xüsusi forma qabına yağ sürtüb, halqa formasında doğranılmış soğanları yerləşdirin. Üzərinə bir az duz və istiot səpin. Sonra üzərinə hazırladığınız farşı yerləşdirin. Farşın üstündən halqa formasında doğranılmış pomidorları düzün. Üzərinə bir az duz və cəfəri göyərtisi səpin. Sonra pomidorların üstündən sürtkəcdən keçirilmiş pendirin yarısını gəzdirin. Pendirin üstündən isə bişmiş makaronları yerləşdirin. Sonra xörəyin şirəsini gəzdirib, sürtkəcdən keçirilmiş pendirin qalan hissəsini də tökün.
Piroqu 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə ərzində bişirin. Sonra piroqun üzərinə falqa kağızı örtüb və yenə də 20-25 dəqiqə ərzində piroqu bişirməyə davam edin.
Nuş olsun!
Tarix: 29.11.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Piroqlar