Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əncirli piroq

Əncir və kamamber pendirindən hazırlanan dadlı piroq

Ərzaqlar:
6 ədəd əncir
300 qram kamamber pendiri
500 qram hazır qat-qatlı xəmir
1 ədəd yumurta
3 x.q. bal
3 kəklikotu yarpağı

Hazırlanma qaydası:
Ənciri yuyub, nazik dairəvi şəklində doğrayın. Kamamber pendirini nazik dilimlərə ayırın. Kəklikotu yarpağını yuyub, təmizləyərək, doğrayın. Xəmiri iki kündəyə ayırıb, hər birini 30×40 sm ölçüsündə yayın.
Bişirmək üçün xüsusi forma qabını yağlayıb, içinə perqament kağızı qoyun. Sonra yayılmış xəmiri içinə yerləşdirib, üstündən pendir dilimlərini qoyun (xəmirin kənarları boş qalmalıdır).
Çalınmış yumurtanı xəmirin kənarlarına çəkin. Sonra üstündən ikinci yayılmış xəmiri qoyub, qalan çalınmış yumurta ilə xəmirin üzərinə bərabər şəkildə çəkin.
Xəmirin üzərinə nazik doğranılmış əncirləri düzüb, üstündən kəklikotu yarpaqlarını səpin.
Piroqu 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə ərzində bişirin.
Balı buxarda istilədin, çalışın qaynamasın.
Sonra balı bişmiş piroqun üzərinə tökün.
Piroqu süfrəyə isti halında verin. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:59 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Piroqlar
loading...