Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bananlı piroq..

Çox dadlı və tez hazırlanan bananlı piroq

Ərzaqlar:

100 qram kərə və ya marqarin yağı
3-4 ədəd banan
2 ədəd yumurta
150 ml süd
1,5 stəkan şəkər tozu
2 stəkan un
1,5 ç.q. yumşaldıcı
1 ç.q. vanil şəkəri
Bir çimdik duz
Hazırlanma qaydası:

Bananları təmizləyib, çəngəllə əzin. Yumuşaldılmış yağı şəkər tozu ilə mikserdə çalın. Üzərinə banan sıyığını əlavə edib, yaxşıca qarışdırın. Sonra üzərinə süd, vanil şəkəri, bir çimdik duz əlavə edib, yenidən yaxşıca çalın. Alınmış kütləyə tədricən yumurtaları əlavə edib, mikserdə çalın. Sonda ələkdən keçirilmiş və yumşaldıcı əlavə olunmuş unu əlavə edin. Alınmış xəmiri mikserdə yaxşıca çalın. Sonra xəmiri xüsusi bişirmək üçün forma qabına tökün. Forma qabını əvvəlcədən ya yağlayın, ya da ki, perqament kağızı qoyun.

Piroqu 180-190 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 29.11.2014 / 12:03 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Piroqlar
loading...