Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almalı piroq resepti

Tərkibi

125 qr yumşaq kərəyağı / marqarin
1 çay stəkan. pudra şəkəri
1 paket vanil
1,5 su stəkan. un

3 su stəkan. süd
1 su stəkan. şəkər tozu
2 yemək qaşığı un
1 yemək qaşığı nişasta
1 yumurta sarısı
1 çay qaşığı limon qabığı rəndəsi
1 yemək qaşığı kərə yağı

5 ədəd orta boy alma

almali-piroq-resepti-1

Hazırlanması

Piroq xəmiri üçün un, vanil və pudra şəkərini qarışdırın. Kərəyağını dilimləyib əlavə edin və bir çəngəllə yağları əzərək qarışdırın. Ən son əllərinizlə xəmiri birləşdirib bir qaba alın. Üzərini rulonla sarıb soyuducuda 15 dəq soyudun.

Bu sırada krem üçün kiçik bir qazanda süd, şəkər tozu, un, nişasta və yumurta sarısını mikser ilə yaxşıca qarışdırıb çırpın. Limon qabıqlarını əlavə edib qarışdırın. Ocağa alıb qaynayıb tündləşənə qədər bişirin.

Kremin ocaqdan endirib kərəyağını əlavə edin və mikserlə çırparaq yağın əriyib qarışmasını təmin edin. Arada bir mikser işlədib qarışdıraraq soyudun.

Almaları gözəlcə yuyub ikiyə bölün. toxumlu qisimi çıxarıb, bütün parçaları incə incə dilimləyin.

Qaynamaqda olan suya atıb 2-3 dəq bişirin alma dilimlərini və soyuması üçün bir nimçəyə dağıdın.

Piroq qəliblərinin (fotoşəkillərdəki ölçüdə 4 ədəd kiçik qalıb və ya böyük bir qəlibin) diblərini marqarinlə yağlayın. Xəmiri 4 bərabər parçaya bölüb, əllərinizlə basdıraraq qəliblərə yerləşdirin.

Xəmirlərin üzərinə soyumuş olan kremdən 2 yemək qaşığı tökərək paylaşdırın.

Alma dilimlərini bir neçə dənəsini bir araya gətirib əlinizdə gül şəkli verərək kremin üzərinə yerləşdirin. Kremin bütün səthi alma dilimlərindən edilmiş güllərlə örtülənə qədər davam edin.

Əvvəldən isidilmiş 180 dərəcədəki sobada xəmir və almalar qızarıb bişənə qədər gözlədin.

Sobadan çıxan piroqlar soyuyunca üzərinə pudra şəkəri səpərək və ya çırpılmış krem ilə servis edə bilərsiniz. Nuş olsun!

almali-piroq-resepti-2

Qeyd:Almaları bişirmədən yuvarlayamazsınız bu səbəblə almaların bir az yumuşayana qədər bişirmək lazımdır.

Krem olaraq hazır puding də istifadə edə bilərsiniz.

Kremi qəliblərə çox doldursanız və almaları kremə çox batırsanız sobada bişərkən krem qaynayıb almaların üzərinə çıxacaq.

Daha çox alma dilimi istifadə edərək daha dəbdəbəli güllər əldə edə bilərsiniz.


Tarix: 29.11.2014 / 11:54 Müəllif: Aziza Baxılıb: 246 Bölmə: Piroqlar
loading...