Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızılı Keks

Tərkibi:

2 yumurta
250 qr şəkər
1 cimdik duz
150 qr marqarin
150 ml buttermilch
280 qr un
2 yemək qaşığı kakao
1 çay qaşığı qabartma tozu
yarım çay qaşığı darçın
qırmızı qida boyası

Kremi üçün:

300 qr sürmə pendir
100 qr marqarin
150 qr şəkər
200 qr süzmə qatıq

Hazırlanması

Yumurta, duz, marqarin və şəkər çırpılır. “Buttermilch” və qırmızı qida boyası da əlavə edilib çırpılır.
Digər vəsaitlər də ələnərək qarışığa əlavə edilir və bir az daha çırpılır.
Yağlanmış 20 sm-lik keks qəlibinə bu qarışıq tökülür.

Əvvəldən isidilmiş 170 dərəcəlik sobada 50 dəqiqə bişirilir.

* Buttermilch Azərbaycanda yoxdur, evdə hazırlamaq üçün;
1 su stəkanı süd otaq istiliyində qızdırılıb. İçinə 1 yemək qaşığı sirkə qoyulub qarışdırılır və 10 dəqiqə istirahət etdirilir.
Süd otaq istiliyinə yaxın olmalıdı, əks təqdirdə içinə sirkə qoyulduğunda kəsilib çökər.

Keksin kremi üçün də bütün vəsaitlər qarışdırılıb təxminən 2 dq çırpılar.

qirmizi-keks-1

Keks soyuduqdan sonra üç qat halında kəsilər, aralarına kremdən sürtülər. Keksin üzərini də qalan kremlə örtün sonra 2 saat qədər soyuducunda gözlədin. Nuş olsun.


Tarix: 29.11.2014 / 11:54 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Piroqlar
loading...