Piroqlar → Şokoladlı Armudlu Piroq
Kaliforniyada armud sezonudur. Dükkanlar bu meyvənin müxtəlif növləriylə doludur. Bu piroqu bu bolluqdan istifadə etmək üçün bişirdim. Piroq quru olmamalı, içi bir qədər nəm qalmalıdır – onda çox ləzzətli olur. Nuş Olsun!
Şokoladlı Armudlu Piroq
Resept Elra’s Baking bloqundan adaptə edilmişdir
1 ədəd 23-santimetrəlik piroq üçün
Armudları Bişirmək Üçün:
4 ədəd bərk armud (yumuşaq armuddan istifadə etməyin. Bərk cinsdən olmalıdır, yoxsa armudlar dağılar)
2 stəkan su
Yarım stəkan şəkər tozu
Xəmir Üçün:
113 qram acı-şirin plitka şokolad – əlinizdə hissələrə qırın
Yarım stəkan un
Yarım stəkan un kimi üyüdülmüş badam və ya fındıq
4 xörək qaşığı naşirin kakao tozu
1 çay + bir çay qaşığının dörtdə bir hissəsi qədər qabartma tozu
Bir çimdik duz
113 qram Ardı »