Yay ayların ən sevimli şirniyyatı
Ərzaqlar:
Xəmir üçün:
100 qram- kərə yağı
100 qram kəsmik
100 qram şəkər tozu
200 qram un
1 ç.q. yumşaldıcı
bir çimdik duz
Almalı içlik üçün:
600-700qram alma (4-5 ədəd)
2-3 x.q. limon şirəsi
2 x.q. şəkər tozu
70-80 qram kişmiş
2 x.q. konyak
Şirə üçün:
180-200qram xama
2 ədəd yumurta
1 x.q. şəkər tozu
bir çimdik vanil
2 x.q. kartof nişastası
Piroqu bəzəmək üçün:
Kokos ovuntusu
Şəkər pudrası
Hazırlanma qaydası:
Xəmiri hazırlayın. Una yumşaldıcı əlavə edib, qarışdırın. Yağı bıçaqla kiçik hissələrə bölüb, boşqaba yerləşdirin. Yağın üzərinə şəkər tozu, vanilin, bir çimdik duz, kəsmik və un əlavə edib, yaxşıca qarışdıraraq xəmir yoğurun. Xəmiri yoğurandan sonra üzərini dəsmalla örtüb, 30 dəqiqə ərzində soyuducuya yerləşdirin.
Almalı içliyi hazırlamağa başlayın.
Kişmişi yuyub, qurudun. Sonra kişmişin üzərinə 2 xörək qaşığı konyak gəzdirin. Almaları yuyun. Sonra hər almanı 4 hissəyə bölüb, tumlarını çıxarın. Almaların rəngi qaralmasın deyə, üzərinə limon şirəsi gəzdirin. Piroqu bəzəmək üçün bir neçə bölünmüş almaları kənara qoyun. Qalan almaları xırda kub formasında doğrayıb, qazana yerləşdirin. Üzərinə şəkər tozu və 1-2 xörək qaşığı limon şirəsi gəzdirin. Qazanın qapağını örtüb, vam odda 10 dəqiqə ərzində bişirin.
Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra bişirmək üçün xüsusi forma qabına yerləşdirib, 180-190 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin.
Piroqun şirəsini hazırlamaq üçün: boşqaba xama, yumurta, şəkər tozu, vanil və nişasta yerləşdirib, yaxşıca qarışdırın.
Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə bişmiş alma və kişmişləri yerləşdirin. Sonra bəzəmək üçün kənara qoyduğunuz alma dilimlərini piroqun üzərinə yerləşdirin. Piroqun üzərindən hazırladığınız şirəni gəzdirin.
Piroqu 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin.
Piroqu süfrəyə verərkən, üzərinə şəkər pudrası və ya kokos ovuntusu da səpə bilərsiz. Nuş olsun.
Tarix: 29.11.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Piroqlar