Piroqun dadı sizin fantaziyanızdan asılıdır
Ərzaqlar:
1,5 stəkan qaragilə
4-6 x.q. şəkər tozu
Xəmir üçün:
2 stəkan un
200 qram kərə yağı və yaxud marqarin
2-3 x.q. şəkər tozu
1 ç.q. vanil şəkəri
Bir çimdik duz
1 yumurta sarısı
Şirə üçün:
180-200 qram xama
2 ədəd yumurta
2-3 x.q. şəkər tozu
1 ç.q. vanil şəkəri
2 xəqə kartof nişastası
Hazırlanma qaydası:
Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin. Qaragiləni yuyub, təmizləyin. Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.
Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin. Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin. Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.
Piroqun şirəsini hazırlamağa başlayın.
Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.
Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.
200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.
İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır. Nuş olsun!
Tarix: 29.11.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Piroqlar