Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dadlı piroq

Balıq konservindən hazırlanan ləziz piroq

Ərzaqlar:

Xəmir. I variant

0,5 stəkan süd
100 qram kərə yağı və yaxud narqarin
2 stəkan un

Xəmir. II variant

100 qram marqarin
100 qram xama
1ədəd yumurta sarısı
1-1,5 stəkan un
0,5 ç.q. qabartma tozu
Bir çimdik şəkər tozu, duz

Iç üçün:
1 banka balıq konservi (yağda)
5-6 ədəd soğan

Şirə üçün:
4 ədəd yumurta
4 x.q. xama
1 x.q. un
göyərti
duz, istiot

Hazırlanma qaydası:
I variant: Una kərə yağı (marqarin) və soyuq südü töküb, xəmir yoğurun. Sonra xəmiri 20 dəqiqə ərzində soyuducuda saxlayın. Soyudulmuş xəmiri yayıb, forma qabına yerləşdirin.
II variant: Unu qabartma tozu ilə qarışdırın. Yumurtanın sarısını ağından ayırın (yumurtanın ağı lazım olmayacaq). Yumurtanın sarısına duz və şəkər tozu əlavə edib, qarışdırın. Sonra üzərinə yumuşaldılmış marqarin və xama töküb, yenidən yaxşıca qarışdırın. Tədricən un əlavə edib, xəmir yoğurmağa başlayın. Xəmiri 20 dəqiqə ərzində soyuducuda saxlayın. Soyudulmuş xəmiri yayıb, forma qabına yerləşdirin.
İç hazırlamaq üçün: soğanı xırda-xırda doğrayıb, yağda qovurun. Balığı çəngəllə əzib, üzərinə qızardılmış soğanı tökərək, qarışdırın.
Şirə hazırlamaq üçün: yumurtanı çalıb, üzərinə xama, xırda doğranılmış göyərti,duz, istiot və unu əlavə edib, yaxşıca qarışdırın.
Forma qabındakı xəmirin üzərinə hazırladığınız içi qoyub, üstündən xamalı şirəni tökün.
Piroqu 180-200 dərəcə qızdırılmış sobada 40 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:58 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Piroqlar
loading...