Ət və kartofdan hazırlanan dadlı piroq
Ərzaqlar:
500 qram mal əti (farş)
7-8 ədəd kartof
1 ədəd soğan
1-2 diş sarımsaq
Cəfəri, şüyüd
50 qram kərə yağı
Bitki yağıduz, istiot
Şirə hazırlamaq üçün:
200 ml süd
2-3 ədəd yumurta
Duz
Hazırlanma qaydası:
Kartofu təmizləyib, nazik dilimlərlə doğrayın. Sonra tavada bitki yağında kartofu qızardın. Üzərinə duz və istiot səpməyi unutmayın.
Sarımsağı xırdalayın. Soğanı xırda-xırda doğrayıb, ayrı tavada yağda doğranılmış sarımsaqla 3 dəqiqə ərzində qovurun. Üzərinə farşı əlavə edib, qaşıqla qarışdıraraq 7-8 dəqiqə ərzində bişirin. Üzərinə duz, istiot səpin. Qızardılmış kartofun üzərinə bişmiş farşı töküb, üstünü qaçıqla hamarlayın.
Xörəyin şirəsini hazırlamaq üçün:
Yumurtaları boşqabda sındırıb, yaxşıca çalın. Sonra üzərinə süd töküb, duz səpib, yenidən çalın. Sonra kartofla farşın üzərinə həmin hazırladığınız şirəni gəzdirin. Üzərinə doğranılmış göyərti və kərə yağı da yerləşdirin. Tavanın qapağını örtüb, 20-25 dəqiqə ərzində vam odda bişirin. Bişmiş ətlivə kartoflu piroqu 10 dəqiqə ərzində kənara çəkin.
Süfrəyə verərkən piroqu kəsib, üzərini göyərti ilə bəzəyin.Nuş olsun!
Tarix: 29.11.2014 / 12:02 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Piroqlar