Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırışlara qarşı ucuz və keyfiyyətli sınanmış üsullar

Yaş ötdükcə bədəndə olan suyun miqdarı azaldığından dəri boşalır və qırışlar əmələ gəlir. Belə hallarda üzə qulluq əsas şərtlərdəndir. Təqdim etdiyimiz maskalardan istifadə etməklə ev şəraitində qırışlardan qurtula bilərsiniz.
Qırışların qarşısını almaq üçün əzvay (aloye şirəsindən qoyulan islatma (həftədə 2 - 3 dəfə, 10 dəqiqə) yaxşı təsir göstərir. Onu əvvəl 14 gün 10 dərəcə temperaturda qaranlıq yerdə saxlamaq, sonra əzib suyunu çıxarmaq lazımdır.
Axşamlar üzünüzü aşağıdakı məhlulla silə bilərsiniz: bir çay qaşığı balı 1 stəkan ilıq suda həll edin. Soyuyandan sonra ona yarım limonun şirəsini əlavə edin. Alındakı qırışların qarşısını almaq üçün yumurta ağından maska etmək lazımdır. Yumurta quruyaraq dərini dartır.
Qırış üzə massaj da yaxşı təsir göstərir.


Tarix: 24.11.2014 / 16:54 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...