Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamaq istəyənlər üçün təbii üsul

Arıqlamaq istəyənlər badam yeməlidir. Sadəcə bir ovuc badam yemək gün ərzində iştahanızın açılmasına imkan verməyəcək. Tibb mütəxəssisləri iddia edir ki, badamın tərkibində az miqdarda qlikemik indeksi var. Bir ovuc badam yedikdə isə qanda olan şəkərin miqdarı dərhal azalır.




Tez həzm olunan qidalar qanda şəkərin miqdarının qəfil yüksəlməsinə, sonra isə qəfil də düşməsinə səbəb olurlar. Badam isə şəkər və insulinin artım göstəricilərinə stabil və asta şəkildə təsir edir ki, uzun müddət insanda toxluq hissinin yaranmasını təmin edir. Deməli, çərəzlər həddindən artıq yemənin qarşısını alır. Alimlərin sözlərinə görə, badam diabetiklərə xüsusilə xeyirlidir.

Perdyu Universitetinin professoru Riçard Meytsom bu iddialarını təcrübədə də sübut edib: “Səhər yeməyində badam yeyən şəxslər daha gec acıblar, qanlarında şəkərin miqdarı isə səhər yeməyindən sonra aşağı olub”


Tarix: 26.06.2013 / 15:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...