Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QADIN OLMAQ... Nedir Eslinde?

Qadın olmaq çətin sənətdir əslində! Doğuşdan yaranan hisslərlə kəşfə çıxmaq ya da təbiətdə çox normal fərz edilən ,lakin cəmiyyət tərəfindən basdırılmış duyğuları anlaya bilmək üçün mebarizə aparmağı öyrənmək, həyatın mənasını bəlkə uzaqlarda axtarmaq, bəlkə gözünüzün qarşısında sizə təqdim edilən fürsətləri axtarıbda tapmamaqdır.Hayatın mənasını kəşfə çıxmağa başladığımız andan etibarən önümüzə buraxılan məsuliyyətləri, üstünlükləri ya da onların gətirəcəyi bir yığın detalıda çıxdığımız yola sürüyərik özümüzlə. Məqsəd: Xəyallarımız bəzəyən bir dünyanın yolunu tapa bilməkdir. Tək səfərdə və tək bir addımda bəlkə də. Asan kimi gəlsə də əslində bu çətinl səfər yola çıxdığımız andan etibarən bizi öz xaosunun içinə alib götürər yavaşca. Və o andan etibarən həyatın çətin mübarizəs start verər öz işinə .Budur bizə doğuşdan verilən o qabiliyyətimizi, həyatla mübarizə etmək gücünüdə də bu addımlarda gücləndirmək lazımdır.
Həyat: o yola çıxarkən, yeni həyəcanlarla, yeni həvəslərlə, özünü kəşf etməyə başlamanın vermiş olduğu həzz ilə yaşadar bizi.Bəzən də səhv yollardan sürüyüb məqsəddən uzaqlaşdırar bizi. Hər bir küçəsini qarış qarış bildiyin könüldə yox oluruq bir anda. Hara dönülsə çıxmaz küçə olur. Bizlərə təqdim edilənləri əslində görmək o qədər asandır ki. Yalnız özümüz kimi olmaq çatır sonda köməyimizə. Biz illərdir nə ilə yarışırıq ? Özümüzlə yoxsa həqiqətən həyatın bu çətin maneələriylə?
Sizlərlə bir olub bu suallara cavab axtarışa nə deyərsiniz? Həyat məqsədimiz nə idi? Bu an dayandığımız yer həqiqətən istədiyimiz yerdir? Qadın olmaq çətin sənətdir dedim. Bəli çox çətindir əslində! Üzərimizə yapışdırılmaq istənən bir çox xüsusiyyəti daşımaq üçün ya da o xüsusiyyətlərə sahib olmaq üçün illərlə çalışıb dayanırıq,həm də bu tək düzənliklər içində.Sonrakı nəsilləri ardımızca sıralarkən heç dəyişmədi bizdə olması lazım olan bu standartlıqlar.Gözəl olmaq, modanı təqib etmək, saçlarımızın qüsursuz olması ya da ideal kilomuzu qoruya bilmək qadında olması lazım olan xüsusiyyətlərdir. Yaxşı ya bizdə heç görülməyən xüsusiyyətlərimiz! Ağıllı olmaq,əl bacarıqlarımızın olub da görülməməsi,qəlb gözəlliyimizin əslində kilolarımızdan daha əhəmiyyətli olmasıdır…
Bizə verilən bu qabiliyyət, sənət bütün bunların bir arada ola bilməsi üçündür. Biz qadınlara isə artıq bizə verilən bu xüsusi qabiliyyəti kəşf etmək və qadın olmanın sərhədsiz olaraq dadını çıxartmaq qalır…


Tarix: 12.05.2013 / 18:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...