Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı daraq yaxşıdır

Siz yəgin ki, gözəllik salonlarında ustaların daraqla necə məharətlə rəftar etdiyinə fikir vermisiniz? Hansı darağın bu və ya digər saç düzümündə istifadə edə biləcəyiniz haqda bir neçə məsləhət verək Sizə. İki daraq növü mövcuddur:dişli daraqlar və fırça formalı daraqlar.
Dişli daraqlar

Mütəxəssislər taxta darağa üstünlük verməyi məsləhət görürlər. Xüsusən bu cür darağı nəm saçları daramaqda istifadə edirlər. Taxta darağın kimyəvi tərkibli maddələrlə reaksiayay girmədiyinə görə bu cür daraqlardan saçınıza maska qoyanda da yararlana bilərsiniz.

Saçınızı "at quyruğu” formasında yığanda isə siz dişli daraqlara müraciət edin. Saçınız kimyəvi buruqdursa və ya sadəcə quru tərkiblidirsə silikon daraqdan istifadə edin.

Saçınız hansı uzunluqda olursa olsun onu həmişə ucundan yuxarı daramağa başlayın.
Fırça formalı daraqlar

Yumru formalı fırça daraqları saçların fenlə düzləşdirmək və qısa kəsimli saçlara forma vermək istədikdə istifadə olunur. Düz saçlar üçün uzun metal dişli fırça daraqlar uyğundur. Belə daraqla saçın ön hissəsini və kare saçları formaya salırlar. Onlara maksimal həcm vermək üçün diametri 8 sm olan yumru daraq alın.

Daraqlaınızı 2 həftədə bir dəfə yuyun. Saça buruq və ya lokon forması vermək üçün qısa metal dişli daraqdan istifadə edin. Saçı düzləşdirmək üçün isə at tükündən istehsal edilmiş fırça daraq köməyinizə çatacaq.

Daraq almadan əvvəl onu əlinizin iç tərəfinə sürtün. Darağın dişləri əlinizi cızmamalıdır. Darağın dişləri yaxşı emal edilmiş, ucları isə yumru olmalıdır.


Tarix: 16.06.2013 / 13:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...