Qadınlarla kişilərin ortaq problemlərindən biri də kəpəkdir. Saç baxımına nə qədər diqqət göstərməyimizdən asılı olmayaraq, əksər vaxtlar kəpək problemi ilə qarşılaşırıq.
Saçları tez-tez yumaq kəpəkdən xilas olmaq üçün ən yaxşı üsuldur. Bu zaman saç tipinə uyğun şampun seçməyə diqqət edin.
Sun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nə qədər təəccüblü olsa da, Günəşin altında qalmaq da kəpəkdən xilas olmaq üçün faydalıdır. Gün işığı saç dərisinə daxil olmaqla onu orqanizmin ehtiyacı olan vitaminlərlə təmin edir. Bu səbəblə günəş işığında çox vaxt keçirməklə saç dərinizin gün işiğından faydalanmasına şərait yarada bilərsiniz.
Saçı formaya salan bir çox kosmetik məhsullar kəpəyə səbəb olur. Ona görə də ya keyfiyyətinə əmin olduğunuz yaxşı brendlərin məhsullarından istifadə edin, ya da ümumiyyətlə jel, mus, saç spreyi kimi məhsullardan uzaq durun.
Kəpəkdən xilas olmağın ən asan üsullarından biri də aspirindən istifadə etməkdir. Bunun üçün 2 ədəd aspirini toz halına salıb istifadə şampuna əlavə edin. Şampunu saçınızda 1-2 dəqiqə saxladıqdan sonra yuyun.
Kəpək saç dərisinin qaşınmasına da səbəb olar. Qaşıntıdan və kəpəkdən xilas olmaq üçün limondan istifadə edə bilərsiniz. Saç dərisini iki yemək qaşığı limon ilə masaj edib, sonra su ilə yuyun. Bunu həftədə 3 dəfə etmək olar.
Sirkə də kəpəyə qarşı effektlidir. Bunun üçün saçınızı yuduqdan sonra 2 fincan soyuq suya 2 fincan alma sirkəsi əlavə edib saçınızı bu su ilə durulayın.
Tarix: 24.11.2014 / 16:43 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri