Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+18 yuxuların verdiyi məlumat

Yuxularla əlaqədar araşdırmalara əsasən, bizi nəyin xoşbəxt ya da çətinlikli hiss etdirdiyini və ayrıldığımız birindən digərinə necə öyrəşəcəyimizə dair əhəmiyyətli məlumatlar verir.

Köhnə atəş alovlanar

Yuxunuzda özünüzü keçmişdə qalan bir əlaqə içində tapırsınız...Bunun səbəbi hal-hazırdakı əlaqənizin romantik flashback'lər yaratmasıdır. Başqasıyla yaxınlaşmağa və ona əhəmiyyət verməyə başladığınız zaman köhnə bir eşq xatirəsi yenidən alovlanar. Əgər həmin xatirə pisdirsə, bənzər bir macəraya atılıb atılmadığınızı düşünün. Və lakin həmin xatirə yaxşıdırsa, cəsarətlənin və buraxın su öz yolunu tapsın ...

İş yoldaşınızın sevimliniz olması

Panik etməyin. Birlikdəliyin mümkün olmayacağı adamlarla əlaqədar yuxular, ümumiyyətlə onunla birlikdə işləmək ya da birlikdə bir işi yaxşı etməyinizdən xoşunuz gəldiyinin sübutudur. Bu yuxular bütün gecə boyunca qığılcımların əlamətidir, amma yəqin ki, əsl eşq qığılcımı deyil.

Təcavüzə məruz qalmaq

Bu kabuslar izləndiyinizi hiss etməyinizə səbəb olan bir insanın yaratdığı gərginliyi əks etdirir. Ümumiyyətlə yeni bir tanışlıq dövründə çoxalar və nəzərə alınmalıdır. Səbəbinin isə əsəbi olmağınız qədər də, gözünüzü açıq saxlamaq lazım olduğuna dair bir siqnal da ola biləcəyini unutmayın. Qarşınızdakı insanı yaxşıca tanıyana qədər bir az təmkinli davranmağın hər zaman faydası var.

Məşhur bir adam ilə romantika

Məgər bir məşhur insanın seçilən pərəstişkarı olduğunuzu gördüyünüz gecələr olmadı? Yuxuda bir məşhur ilə birlikdə olmaq gerçək həyatda əskikliyini hiss etdiyiniz bəzi dəyərlərin olduğunun xəbərçisidir. Birlikdə olduğunuzu gördüyünüz bu məşhur adam əslində sizin üçün keyfiyyəti təmsil edir. Axtardığınız şey daha yaxşı şərtlər altında yaşamadır. Bundan başqa, özünüzə etibarınızın də nəticəsinində bu yuxuların görüldüyünü bilirsinizmi? Əksər hallarda isə bu yuxunun görülmə səbəbi həmin məşhuru həqiqətən arzulamağınızdır. Yəni, yalnız yuxuda deyil gündəlik həyatınızda da onu həqiqətən istəyirsinizsə, yuxularınıza girməsindən daha təbii nə var?

İflasa uğrayan ehtiras

Çox zövqlü bir randevunun pik nöqtəsində, lazımsız kimsə içəri girir və yaşanan anı bölür. Həvəsin tamamilə qırıldığı bu açıq-aşkar səhnə, ümumiyyətlə gerçək həyatdakı çox daha xüsusi və qiymətli anların pozulmasına dair bir əksetdirmədir. İş, ailə, ya da başqa bir şeyin arzu və xəyallarınızı sıxışdırıb məhv etdiyini düşürsünüz? Bu mövzuda diqqətli olun və şəxsi həyatınızla bağlı mövzularda dəqiq və yerində zaman seçməyi öyrənin.

Rahat bir yer tapa bilməmək

Alovlu bir birlikdəlik üçün ətrafdakılardan təcrid olunan yeri tapmağınız yuxunuzda qeyri-mümkündür! Bu, romantik səmimiyyətin, hal-hazırda çox çətin olduğunu bildirər. Bir ayrılıq mərhələsində ola bilərsiniz, ya da bir xəyal qırıqlığı yaşayıb yaxın olduğunuz insana qarşı həvəsiniz itmişdir. Əgər hələ də təcrübəsiz bir münasibətin əziyyətin çəkirsinizsə, düzəlmək üçün vaxta ehtiyacınız olacaq. Həmin vaxtı özünüzə əsirgəməyin...

Rəfiqənizin sevgilisi sizinlə

Yuxuda da olsa heç xoş bir hal deyil. Dərhal panikaya düşüb ona həqiqətən vurulduğunuzu düşünməyin. Bu yuxu sizdə getdikcə azalan hiss və duyğuların göstəricisidir. Özünüzdən soruşun: Yuxuda gördüyünüz ən xoşunuza gələn nə idi? Əmin olun ki, həmin xoşunuza gələn şey sizin real həyatda sahib olmadığınız şeydir. Həqiqətəndə sevgidə kiçik oyunlara ehtiyacınız var.

Çirkin müdiriniz ilə romantika

Əslində ona qarşı bir az simpatiyanız var, heç də təəccüblənməyin. Bu yuxu iş həyatında aldığınız məsuliyyətlərdən əlavə, həmçinin də özünüzü zəif hiss etməyinizin də şüuraltına əks olunmasıdır. Eləcə də yuxuda çirkin bir insanla yaxın olmaq özünüzü çox sıxışdırıb haqq-hesab apardığınızı da bildirir. Özünüzə sərbəstlik verin...

Bir qadınla yaşanan romantika

Yuxuda bir qadınla yaxınlıq tez-tez görülən yuxulardandır. Əgər normal qadınsınızsa bu yuxu sizi çaşdırmasın- eynicinsə meyil göstərdiyiniz mənasını qətiyyən verməz.. Əksinə içinizdəki qadın ruhunun və hisslərinin daha çox ortaya çıxmasıyla əlaqədar yuxudur. Belə ki, sizin ürəyinizə və hisslərinizə incəliklə toxunacaq bir münasibətə ehtiyacınız var.. İstəklərinizi qarşı tərəfə bildirməkdən çəkinməyin..

Siz bu yuxulardan hansınısa görmüsünüz?
Fikirlərinizi bölüşməkdən çəkinməyin...


Tarix: 26.05.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...