Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuq havada üz və dodaqlarımızın necə qayğısına qalaq?

Artıq havalar soyuyub və qarşıda bizi daha da soyuq qış ayları gözləyir. Soyuq və şaxtalı havalarda qarşılaşdığımız problemlərdən biri də üz dərisinin quruması və dodaqların çatlamasıdır. Əziz xanımlar, bunun qarşısını almaq üçün bəzi məsləhətləri diqqətinizə çatdıracağıq.

Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.

Çatlayan dodaqları necə hamarlaşdırmalı?

Dodaq üçün masaj: Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.

Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb “uçuqlayan” dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz. Belə ki, 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini dərhal görəcəksiniz.

Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, bu zaman onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.

Gigiyenik pomada: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyaj və gigiyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq, hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.

Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.

Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.

Əgər dodaqlarınıza limon şirəsi sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.

Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloe olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.

Bəs üz dərimizin necə qayğısına qalmalı?

Üz üçün vanna: Əgər üz dəriniz qabıq verirsə, quru otlarla 5-10 dəqiqəlik buxar vannası (2-3 xörək qaşığı çobanyastığı, nanə və ya dəvədabanı) qəbul edin. Quru otları 1-2 stəkan suya töküb 3-5 dəqiqə qaynadın, sonra üzünüzü buxara verin, sonra isə dəsmalla qurulayıb bir yumurtanın ağını bir çay qaşığı balla yaxşıca qarışdırıb üzünüzə çəkin. 5 dəqiqədən sonra barmaqlarınızın ucu ilə üzünüzü döyəcləyin.
Dərinizi ora-bura tərpətmədən basma hərəkətləri etməyə çalışın. Sonra üzünüzü sərin su ilə yaxalayın və dəri tipinizə uyğun olan maskanı çəkin.
Bu prosedur ölmüş hüceyrələri təmizləməklə yanaşı, yorğunluq izlərini aradan qaldıracaq.


Tarix: 27.06.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...