Dərinin təmizlənməsi
Adətən makiyajın təmizlənməsində xüsusi kosmetik süddən istifadə olunur.Makiyaj dərini dartmamaq şərtilə yumşaq hərəkətlərlə silinməlidir.İki pambıq tampon kosmetik südlə isladılaraq 40-60 saniyə gözün üzərində saxlanılır.Sonra kosmetika yuxarıdan aşağıya doğru hərəkətlərlə kənarlaşdırılır.Unutmayın ki göz makiyajının silinməsi hər gün vacibdir.Gözün şişkinliyi və göz altı tünd dairələr.
Bitki cövhərli soyudulmuş geldən istifadə edin. Belə gellə makiyajdan əvvəl gözün üst və alt hissəsini isladıb bir neçə dəqiqə gözləmək lazımdır. Gimnastika və ya qaçışla məşğul olun. Fiziki yük şişkinliyi tez bir zamanda aradan qaldırır.
Xüsusi doldurulmuş maskalar möcüzələr yaradır. Onlar gellə doldurulmuş plastik kütlədən hazırlanır və soyuducuda saxlanılır.
Qara və yaşıl çaydan : qara və yaşıl çay paketlərini qaynar suda dəmləyib soyuducuda soyutduqdan sonra bir neçə dəqiqə gözün üstündə saxlamaqla şişkinliyi aradan qaldırmaq olar.
Cəfərinin kökündən : Cəfərinin kökünü ət maşınından keçirin. Hazır sıyığı 20-25 dəqiqə gözün üstə saxladıqdan sonra ilıq su ilə yuyun.Ehtiyac olduqda bir neçə dəqiqəliynə bağlı gözün üstünə qoyulur. Dondurulmuş maskalar apteklərdə satılır.
Limfotik mayenin hərəkətinə gətirib çıxaran xüsusi masaj göz altı şişləri aradan qaldırır.
Gözaltı şişkinliyi dəridən azca tünd rəngli tonal kremlərlə örtmək olar.Bu cür effektə göz üçün qələmin köməyi ilə nail olmaq olar. O rəngsiz dodaq boyasını xatırladır və qidalandırıcı bioaktiv maddələrlə zəngindir.
Tarix: 24.11.2014 / 10:21 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri