Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı xanımlar sevilir?

Hər bir qadın sevilmək istər, göz önündə olmaq istər. Kim deyirsə ki, mənə sevgi, diqqət lazim deyil, birinci özünü aldadır. Çünki elə qadın ola bilməz ki, qəlbinin dərinliyində sevilməyə ehtiyac duymamış olsun. Gəlin , etiraf edək ki, bu sevgini daha çox əks cinsin nümayəndələrindən gözləyirik. Hər qadına maraqlıdır ki, görəsən kişilər hansı görünüşə, hansı xarakterə malik, ümümiyyətlə necə qadınları xoşlayırlar. Əgər sizə də maraqlıdırsa, buyurun , oxuyun.
Bir sayt bu barədə sorğu aparıb. Nəticə onu göstərib ki aşağıdakı göstəricilərə malik qadınlar daha çox sevilir və həmişə diqqət mərkəzində qalır.
Her zaman baxımlı, nəmli və parlayan çəkici dodaqlar, tərtəmiz dırnaqlar və yumşaq əllər.
- Qadınların yumşaq və xoş qoxulu əlləri kişiləri valeh edir.
- İslaq görünümlü parlaq dodaqlar onları cəzb edir. Hər zaman yanınızda dodaq boyası gəzdirməkdə fayda var.
- Özünüzə baxmanız üçün xərclədiyiniz pullara görə nə qədər qəzəblənmiş olsalar da, özünəbaxan qadınlara vurğundurlar.
Fədakar və bacarıqlı xanımlar.
- Qadınların öz əşyalarına olan münasibəti kişilərin gözündə sədaqət kimi görünür. Münasibətinizin davamı üçün göstərdiyiniz fədakarlıq onlara sizin nə qədər sadiq ola biləcəyinizi anlatmış olur.
- Həyatda nə istədiyini bilən, bacarıqlı, yardım etməyi sevən qadınlar kişiləri cəzb edir.
- Uşaqlarla yaxşı davranan, onları sevən qadınlar kişiləri təsirləndirir.
Zövqlü xanımlar.
- Kişilərin zövqlərinə , alışqanlıqıarına diqqətlə yanaşan qadınlar, onlar üçün vazkeçilməzdi.
- Tək qaldığınızda ona gözəl xitablarla müraciət etməniz xoş olacaqdır.
Duyğulu, romantik xanımlar.
- Bəzən onlar qadınları qəsdən inadlaşdırır. Bəziləri inadlaşan qadınların çəkici olduğunu düşünsədə , bəziləri uşaq kimi küsən qadınların şirin olduğunu düşünür.
- Qadınların qoruyucusu kimi hiss etmək kişilərə böyük zövq verir.
Diqqətli və cazibədar xanımlar.
- Kişilər onların paltarından tutmuş saç düzümünə qədər , diqqətli yanaşa xanımlardan xoşlanırlar.
- “Kişilərin ürəyinə yol mədələrindən keçir.” Onlar üçün xüsusi zövqlə hazırladığınız yeməklərdən vaz keçə bilməzlər.
Sağlamdüşüncəli və uşaq xasiyyətli, can yandıran xanımlar.
- Hədiyyə aldığında xanımın üzündə yaranan uşaq sayağı sevinc onları çox təsirləndirir.
- Xəstə olduqlarından yanlarından ayrılmayan qadınlar onlarda xoş hisslər yaradar.
- Sırf onlar üçün geyindiyiniz paltarlar da sizi unudulmaz edər.
Təbii və güvənli xanımlar.
- Süni hərəkətlərdən uzaq olub , özü kimi olan xanımlar onların xoşuna gəlir.
- Onlara etibar etdiyinizi, güvəndiyinizi ifadə etməniz onları çox təsirləndirir.

Bütün xanımlar sevilməyə layiqdirlər. Layiq olduğunuzdan əsla vaz keçməyin.


Tarix: 17.05.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...