Quru saçlara baxım
Saçlarınızı qışa hazırlamaq üçün nəmləndirməyə nə deyərsiniz? Həftədə iki dəfə saçlarınıza tətbiq edəcəyiniz zeytunyağı maskası, saç diblərini və uclarını bəsləyərək daha tez uzanmasını təmin edər.
Sivilcələri təmizləyər
Zeytunyağı sivilcə olan bölgələrə çəkin və bir həftə boyunca gecələri istifadə edin. Diləsəniz zeytunyağına bir miqdar duz qarışdıraraq da tətbiq edə bilərsiniz.
Gözəl nəmləndiricidir
Bədən kreminizə qarışdırdığınız bir miqdar saf zeytunyağı duşlardan sonra bədəninizin nəm nisbətini tarazlar və qış boyu yumşaq olmasını təmin edər.
Soyuqdan quruyan dodaqlara
Kiçik qutudakı dodaq kreminizin içinə bir neçə damla zeytunyağı qarışdırın və ağılınıza gəldiyində bu kremli qarışığı dodaqlarınıza tətbiq edin. Beləcə soyuqdan çatlamalarını maneə törətmiş olarsınız.
Sərt dabanlar
Dabanlarınızı yumşaltmaq üçün zeytunyağı ilə masaj edin və ardından yumşaq bir corab geyinin. Bu, dabanlarınızdakı çatların aradan qaldırılmasına və ayaqlarınızın yumşalmasına kömək edər.
Təraş köpüyü yerinə
Təraş köpüyünüz bitdisə zeytunyağını könül rahatlığıyla istifadə edə bilərsiniz. Zeytunyağı ülgücün idarəli şəkildə sürüşməsini təmin edər və dərini nəmləndirər.
Zeytun yağı xüsusilə qıç təraşı üçün idealdır.
Tarix: 22.11.2014 / 15:42 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri