Yağlı dəri ən çox baxım tələb edən dəri tipidir. Lakin asanca tapa biləcəyiniz və tətbiq edə biləcəyiniz bu vəsaitlərlə can sıxan yağlı görünüş qısa müddətdə yox olacaq!
Gözəlliyinizi ada çayına təslim edin!
Sağlamlıq mənbəyi ada çayını bu dəfə də dərimiz üçün istifadə etməyə nə deyərsiniz? Orta böyüklükdəki bir fincana ilıq suy qoyun. İçinə iki çay qaşığı adaçayı əlavə edin və 10 dəqiqə dəmlənməsini gözləyin. Daha sonra bir pambıq köməyiylə bu möhtəşəm qarışığı üzünüzə çəkin. İstədiyiniz nəticəni almaq üçün bunu bir həftə boyunca hər gün üzünüzə tətbiq edin.
Mangoya yer verin!
İndoneziyalı qadınların dərisinin necə hamar və parlaq olduğunu heç maraqlandınız mi? İndoneziyalı qadınlar ipək dəriyə sahib olmaq üçün mango istifadə edirlər.
Orta böyüklükdə bir mango alın və ikiyə ayırın.Üzünüzdə dairəvi hərəkətlər çəkərək mangonu çəkinn.Üzünüzü bu şeklilde təxminən 10 dəqiqə gözlədin və ilıq su ilə durulayın.
Naringi və aloe verə yağı
Orta böyüklükdə, sulu bir naringili alın və yaxşıca sununu çıxarın. İçinə 3 çay qaşığı dəriyə fərahlıq verən aloe verə yağından qoyub yaxşıca qarışdırın. 15 dəqiqənin ardından üzünüzü ilıq su ilə durulayın.İstədiyiniz nəticəni almaq üçün bu tətbiqi bir həftə boyunca edin.
Buğda toxumu yağı
Anti-oksidanlar baxımından zəngin olan buğda toxumu yağı ilə gözəlləşməyə hazırsınızmı? Əczaxanalarda rahatlıqla tapa biləcəyiniz bu yağla dəriniz möhtəşəm görünəcək.
Bu yağı barmağınızın ucuna 2 damla tökün və masaj edərək dərinizə yedirin. Məsamələri açan bu tətbiqi 10 dəqiqə etdikdən sonra təxminən yarım saat quruması üçün gözləyin. Sonra ilıq su ilə durulayın. Fərqi görüncə çox təəccüblənəcəksiniz!
Tarix: 17.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri