İnsan var olduğu gündən bəri özüdə bilmədən bədən dilini istifadə edir. Bədən hərəkətlərinin mənaları və qarşı tərəfə hiss etdirdikləri arasındakı əlaqə əsrlər boyu insan oğlunun ən çox maraqlandığı sirlər arasında iştirak etmişdir.
Doğulduğumuz gündən bəri özümüzü ifadə etmək üzrə yavaş yavaş və əmin addımlarla istifadə etməyə başladığımız bədən dilini daha açıq və fərqinə vararaq anlaya bilmək sanıldığı qədər çətin deyil.
Budur bir qadının fərqində olmadan özünü ələ verdiyi və kişidən xoşlanıb xoşlanmadığı,onu istəyib istəmədiyi anlamına gələn davranışlar.
Kişiyə gözlərini açaraq baxırsa
Baxışlar qadınları anlamanın ən əhəmiyyətli və ən sadə yoludur. Bir qadının bir kişidən xoşlandığında göz bəbəkləri böyüyər və kişi fərqində olmadan bu məlumatı doğru olaraq şərh edər. Bu şəkildə dəqiq baxışlar ona müsbət cavab verdiyinin və bu əlaqədən məmnun olduğunun göstəricisidir.
Biləklər və ovuc içi
Açıq ovuclar dürüstlük və sədaqət çağrışçısıdır. Normal ünsiyyət halında bir qadın ilə danışarkən ancaq əllərinin üstünü və qollarını görərik. Halbuki qarşı tərəflə danışarkən bilək ya da ovuc içini göstərirsə bu onunla maraqlandığını və daha isti bir ünsiyyət qurmaq istədiyi mesajını verir.
Kişi ilə danışarkən qıçlarına toxunursa
Bu tamamilə diqqətinizi üzərinə çəkmək istədiyi mənasına gəlir.
Danışarkən sinəəsinə toxunursa
Başlanğıcda elə görünməsə də bu hərəkətin analıq hissləri ilə əlaqəsi var. Kişiyə sağlam bir uşaq doğa biləcəyini özü də fərqində olmadan izah etməyə çalışır.
Bədən hərəkətləri
Əlinin tez-tez ağızında olması, dodaqlarını yeməsi, saçlarıyla oynaması, daha uzun baxışlar, bir və ya iki əllini birdən ombalarına qoyma, ayaq və bədənin kişiyə çevrilməsi kimi hazırlıqlı hərəkətlərini fərqində olmadan istifadə edən qadınlar, yaxşı bir müşahidəçiyə özlərini asanca ələ verərlər.
Başını yüngülcə yana əyirsə
İnsanların bir şeylə maraqlanmağa başladıqlarında başlarını yana əydiklərini ilk fərq edənlərdən biri Charles Darvin idi. Qarşınızdakı qadının sakit, təslimiyyətçi, boyun əyən bir duruş sərgiləməsi sizinlə maraqlandığını göstərər.
Tarix: 12.05.2013 / 18:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri