Hər kəsin bildiyi kimi toy hazırlığı zamanı gəlin üçün gəlinlik və aksesuarların seçimi vacib məsələlərdən biridir. Ancaq xarici görünüşlə yanaşı, alt paltarının da gözəl olması vacibdir. Əgər siz bədən ölçülərinizə uyğun və sizə yaraşan bir alt paltarı seçə bilsəniz bu sizə evliliyinizin ilk gecəsinin ola bildiyi qədər romantik keçəcəyini vəd edə bilər. Romantika və gözəl görünməkdən əlavə, həmin gün özünüzü tam rahat, arxayın, problemsiz hiss etmək üçün alt paltarının düzgün seçilməsi çox vacibdir.
İlk növbədə seçəcəyiniz alt paltarı gəlin paltarına uyğun olmalıdır. Hətta gəlinliyinizin açıq ya bağlı olmasının da seçimə təsiri var.
Qeyd etmək lazımdır ki, alt paltarı gəlin paltarı alınmamışdan və ya tikilməmişdən qabaq seçilməlidir. Ən əsası nəzərə almaq lazımdır ki, gəlin paltarının ölçülərini yoxlayan zaman bunu geyinəcəyiniz alt paltarı ilə birlikdə etməlisiniz, əks təqdirdə, bu sizə toy günü problem yaradacaq və paltar da istədiyiniz kimi görünməyəcək.
Geyinəcəyiniz alt paltarı sadə və keyfiyyətsiz olarsa, bu cazibədarlığınızı itirmənizə səbəb ola bilər, lakin zövqlə, düzgün seçilmiş bir paltar əksinə sizi çox daha cazibədar göstərər bilər
Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, toy üçün aldığınız alt paltarları gəlinlik kimi bir gün istifadə edildikdən sonra şkafda atılıb qalmamalıdır. Elə alt paltarları seçin ki, bunu daha sonra da istifadə edə biləsiniz. Məsələn ağ bir corab gündəlik geyimdə çox əlverişli olmadığı kimi bədən rəngində bir corab daha istifadəyə yararlı ola bilər.
Alt paltarınızı mütləq bədən ölçülərinizə uyğun və daha dəqiq seçin. Çox bahalı bir marka da olmuş olarsa sizin əyninizə olmasa narahatlıq yarada bilər və lazımı görkəmi əldə etməzsiniz. Məsələn düşünün ki, sinə ölçüləriniz 90-95 sm ancaq sizin seçdiyini geyim isə 80 sm-lik olarsa döşləriniz şişkin və daşqın görsənəcək və beləcə dedi qoduya səbəb ola biləcək daha çirkin görüntü ortaya çıxar.
Xanımlar unudmayın ki, alt paltarınız və sizin aranızda hiç bir şey yoxdur. Sizin bədəninizə yaxın olan və toxunan bu paltarlarda özünüzü çox rahat hissetmiş olarsanız həm toy günü həm də toy gecəsi çox rahat olarsınız.
Tarix: 12.06.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri