Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aldadılmış qadınlar

Qadın intiqamı mənfi hisslərin yığımından irəli gəlir. Haqsızlıq hissi, təhqir olunmuş qürur, mənliyin tapdalanması, tək qalmaq qorxusu və s. Bütün bunlar qadında intiqam hissini alovlandırır. Belə hallarda bəzi qadınlar, xüsusilə də emosional cəhətdən çılğın olanlar, qısqanclıq zəminində affekt vəziyyətə düşərək cinayət də törədə bilərlər. Bəzi qadınlarsa çıxılmaz durumdan falçıların, ekstrasenslərin köməyi ilə çıxmağa çalışır, onları aldadan kişi və qadına zərər yetirmək niyyəti ilə cadu, tilsimə əl atırlar. Qisas almaq pisliyə pislik etmək deməkdir. Buna haqq qazandırmaq olmaz. Əgər intiqam almaq fikrindən daşınmaq istəmirsinizsə, qisasın variantlarını götür-qoy etməmişdən əvvəl xəyanət haqqında bildiyinizi büruzə verməyin. «Savadlı» intiqam almaq üçün sakit, soyuqqanlı, təmkinli, səbirli olmalı, ləyaqət və yumor hissini saxlamalısınız. Əgər məqsədinizin sevgililəri ayırmaq, rəqibinizdən qisas almaq və vəfasız ərinizi yuvaya qaytarmaq olduğuna qəti surətdə əminsinizsə, planlarınızı da buna uyğun qurmalısınız. İztirab çəkməyin. Siz böyük stress keçirmisiniz. Sizin qisasınız ədaləti bərpa etmək və sakitləşmək təşəbbüsüdür. Elə də böyük ziyan vurmamaq, yalnız əhvalı korlamaq və dərs vermək üçün zərərsiz intiqam yollarını götür-qoy edin.


Xəyanət haqqında öyrənəndə ilk olaraq nə etməli?

Özünüzü hər şeydən bixəbər göstərin. Çalışın xəyanətə səbəb olmuş qadının ərinizi cəlb etdiyi səbəbləri öyrənəsiniz. Bəlkə xəyanətə səbəb sizin nəyisə düz etməməyinizdir? Özünüzə daha çox vaxt ayırın, geyiminizə (daha cazibədar geyinin), makiyajınıza, evin səliqə-sahmanına bir daha diqqət yetirin. Bəlkə xasiyyətinizdə dəyişiklik etsəniz, daha yaxşı olar? Ola bilər ki, sevgilinizi deyingənliyiniz, ya hansısa mənfi cəhətiniz qaçaq salıb. Münasibətləri bərpa etmək, qorumaq üçün «korrektəyə» özünüzdən başlayın.

35% qadın xəyanətin səbəbini özündə axtarır

Aldadılmış qadınlar dörd qrupa bölünür: xəyanətdən xəbərdar olub ailənin və ya münasibətlərin dağılmaması üçün üzdə özlərini heç nə olmamış kimi aparanlar; xəyanətdən heç vaxt xəbərləri olmayıb ömürlərinin axırınadək xəbərsizlik içində yaşayanlar; rəqibinin olduğunu biləndə, özlərinin davranışlarını analiz etməyə, öz səhvlərini tapıb düzəltməyə çalışanlar və baş vermiş hadisədə yalnız onları ayıran qadını və kişini günahlandıraraq intiqam almaq hissi ilə yaşayanlar.

Mütəxəssis məsləhəti

Psixoterapevtlər qeyd edirlər ki, həyat yoldaşının xəyanətilə bağlı baş verən ailə münaqişələri zamanı bütün qadınlarda qisas almaq hissi yaranır. Xoşbəxtlikdən bir çoxları bu istəyin qarşısını ala bilir, buna baxmayaraq, qadınlar öz bədbəxtliklərindən asanlıqla ayrıla bilmirlər. Kişilərə isə daha rahatdır: yaranmış aqressiya və incikliyi onlar içkiylə, bütün vaxtlarını işə həsr etməklə və ya başqa qadınlarla görüşməklə unuda bilirlər. Qadınlar isə çox vaxt bu vəziyyətdən çıxa bilmirlər. Ən yaxşısı, pis xəbəri «yatmaqla» keçirməkdir. Özünüzə deyin: «Mən bu haqda sabah düşünərəm». Necə deyərlər, «gecənin xeyrindən, səhərin şəri yaxşıdır». Səhər isə qəzəbiniz bir qədər azalacaq. Atacağınız addımlar daha məntiqli və effektli olacaq.

Kiminsə həyatını korlamamışdan əvvəl baş verənləri bir daha analiz edin. Belə ki, qisas almaq vəziyyətdən çıxış yolu demək deyil, bu sizin mənfi emosiyalarınızın aşkara çıxması və acizliyinizin nümayiş etdirilməsidir.


Tarix: 21.05.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...