Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətrafındakıları eşitməyi öyrən

Bəzən hər şeydən bezirsən, başını əllərin arasına alıb saatlarla fikrə dalırsan: olanları-keçənləri xatırlayırsan, sənə elə gəlir ki, tək-tənhasan, heç kim səni başa düşmür, nə ətrafdakılar, nə də ailən.

Yox, bəlkə də, belə deyil, nahaq bu cür düşünürsən. Əgər tanışın da, dostların da, hətta ailən də sənə: “sən yanlış düşünürsən, belə deyil” deyirlərsə, demək, özündə nəsə axtarmalısan, xarakterində, xasiyyətində dəyişiklik etməlisən, sözündə, əməlində əyər-əskikliyini düzəltməyə çalışmalısan... “Yalnız mənim dediyim düzdür”, - deməklə iş bitmir ki?.. Yan-yörənin də fikrini eşit, iş görəndə özbaşına qərar çıxarmağa tələsmə, bu, səni uçuruma yuvarlayar. Düşün ki, həyatda tək deyilsən, şükür Allaha: qohumların, qardaşların, ailən, uşaqların...

Evdə həyat yoldaşın əsəbi olduğunu hiss edib, səninlə mülayim davranmağa can atır, lakin “mənə ağıl öyrətmə!” - deyib heç kimsəni eşitmək belə istəmirsən. Otağına çəkilirsən, bir küncə qısılıb yenidən fikrə dalırsan, xəyallarla çarpışırsan...

Axı nə vaxtadək?


Tarix: 28.05.2013 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 47 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...