Bizim dərimiz yağlı turşuları parçalaya və istifadə edə bilir. Sonuncular tam qulluq üçün nəzərdə tutulmuş əsas yağların tərkibinə daxildir. Beləcə, buynuz qatına bütövlük verən və dərinin elastikliyinin qorunub-saxlanmasında təkan rolunu oynayan, ona zərərli maddələrin keçməsinə əngəl törədən lipid baryerin saxlanması üçün yarımdoymuş yağ turşuları tələb olunur. Məhz bu səbəbdən dəriyə qulluq vasitələrinin tərkibinə qara qarağat, boraqo, primula yağları daxil olmalıdır.
Ev şəraitində vasitələrin hazırlanmasında yağların 10%-i aş-mamasına diqqət yetirmək lazımdır, yeganə müstəsna – quru qocalan dəri üçün nəzərdə tutulan vasitələrdir ki, onların tərkibində yağ nisbətən çox ola bilər. Yağlı dəri üçün yaxşı hopan olein turşulu yağlar uyğundur.
Əzvay tərkibli losyonla qulluq solğun quru dəri üçün xüsusən xeyirlidir. Qeyd olunan şəraitdə müalicəvi otlarla üzü silmək də az effektli deyil.
Reseptlər
Dərinin Təmizləmə reseptləri
Südlü zərdab
Tələb olunur: südlü zərdab.
Hazırlama qaydası: bir tikə pambığı zərdabda islatmaq.
Tətbiqetmə: Üzü silmək, 15-20 dəqiqədən sonra sərin su ilə yuyunmaq.
Soyuq süd
Tələb olunur: 30 ml süd, 30 ml su.
Hazırlama qaydası: soyuq südü su ilə qatmaq.
Tətbiqetmə: Pambıq tamponunu durulaşdırılmış süddə isladıb, üzü silmək.
Cəfəri həlimi
Tələb olunur: 200 q cəfəri göyərtisi, 500 ml su.
Hazırlama qaydası: cəfəri göyərtisini xırdalamaq, üzərinə su tökmək, oda qoymaq və 15 dəqiqə qaynatmaq. Süzmək. Həlimi soyuducuda saxlamaq.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Əzvay həlimi
Tələb olunur: 3 iri əzvay yarpağı, 1,5 litr su.
Hazırlama qaydası: əzvay yarpaqlarını soyuducuda 7 gün saxlamaq, yumaq və üzərinə soyuq su tökmək, 2 saat saxlamaq. Vaxt tamam olduqda zəif odda qaynadıqdan sonra daha 5 dəqiqə qaynatmaq. Hazır həlimi süzmək, soyutmaq. Soyuducuda saxlamaq.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Kətan toxumu həlimi
Tələb olunur: 1 çay qaşığı kətan toxumu, 250 ml su.
Hazırlama qaydası: toxumların üzərinə soyuq su tökmək, oda qoymaq, qaynama həddinə çatdırmaq və 15 dəqiqə qaynat-maq. Soyutmaq, süzmək.
Tətbiqetmə: Qabıq verən dəri sahiblərinin yuyunmasında is-tifadə etmək.
Cökə çiçəyinin həlimi
Tələb olunur: 1 çay qaşığı cökə çiçəyi, 250 ml su.
Hazırlama qaydası: xammalın üzərinə su əlavə etmək, zəif oda qoyub, 15 dəqiqə qaynatmaq. Soyutmaq, süzmək.
Tətbiqetmə: Quru dərini yuyarkən istifadə etmək.
Müalicəvi otların həlimi
Tələb olunur: eyni miqdarda çobanyastığı, sürvə, cökə çiçəyi, 500 ml su.
Hazırlama qaydası: 2 xörək qaşığı qatışığın üzərinə qaynar su əlavə edib, qaz plitəsinə qoymaq və zəif odda 15 dəqiqə qaynatmaq. Həlimi soyudub süzmək.
Tətbiqetmə: Dəriyə elastiklik vermək üçün yuyunmada istifadə etmək.
Nanə həlimi
Tələb olunur: 1 xörək qaşığı xırdalanmış nanə yarpağı, 200 ml su.
Hazırlama qaydası: nanənin üzərinə qaynar su töküb yarım saat odda saxlamaq. Süzmək.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Qarpız ləti
Tələb olunur: 1 dilim qarpız.
Hazırlama qadyası: qabığını kəsmək.
Tətbiqetmə: Qarpız lətilə üzü silmək.
Sodalı təmizləyici vasitə
Tələb olunur: 50 qram yulaf lopaları, 1 çay qaşığı soda, süd.
Hazırlama qaydası: lopalan blenderdə xırdalamaq, soda ilə qarışdırmaq. Qarışığı ilıq südlə xama qatılığınadək durulaşdırmaq.
Tətbiqetmə: Vasitəni masaj hərəkətlərilə üzə və boyuna sürtmək. İlıq su ilə yumaq.
Nişastalı su
Tələb olunur: 1 çay qaşığı nişasta, 1 litr su.
Hazırlama qaydası: nişastanı 1 xörək qaşığı soyuq suda həll etmək, bir az qaynar su əlavə etmək və qarışdırmaq. Sonra qarışığı qalan ilıq su ilə durulaşdırmaq.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Dərinin Təravətləndirmə reseptləri
Gicitkən şirəsi
Tələb olunur: cavan gicitkən yarpaqları.
Hazırlanma qaydası: gicitkən yarpaqlarını yumaq, ət maşınından keçirmək, şirəsini çıxarmaq.
Tətbiqetmə: Alınan şirəni təmizləmədən sonra üzə çəkmək.
Sirkə məhlulu
Tələb olunur: 1 çay qaşığı alma sirkəsi, 1 1 su.
Hazırlama qaydası: sirkəni suda həll etmək.
Tətbiqetmə: Üzü təmizlədikdən sonra bu məhlulla silmək.
İstənilən dəri üçün təravətləndirici məhlul
Tələb olunur: 1 çay qaşığı bal, 2 xörək qaşığı su, 0,5 limon.
Hazırlama qaydası: balı ilıq suda və limon şirəsində həll etmək.
Tətbiqetmə: Gecə kremi çəkməzdən əvvəl üzü bu məhlulla silmək.
Heyva cövhəri
Tələb olunur: heyva qabığı, 200 ml araq, qızılgül suyu.
Hazırlama qaydası: heyva qabığının üzərinə araq töküb, 14 gün saxlamaq, süzmək, qızılgül suyuna əlavə etmək.
Tətbiqetmə: Təmizləmədən sonra üzə və boyuna sürtmək, sonra krem çəkmək.
Tarix: 23.12.2012 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 448 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri