Bunun bir çox obyektiv və subyektiv səbəbləri var
Hər bir sağlam insanın saçından gündə təxminən 60-80 ədəd tükü tökülür. Əgər bu rəqəm gündə 100-ü ötürsə, artıq saç tökülməsi problemindən danışmaq olar.
Saç tökülməsinin müxtəlif səbəbələri ola bilər. Həm kişi, həm də qadınlarda ən çox rast gəlinən hal saçların ön və təpə hissədən seyrəlməsi, baş dərisinin görünməsidir. Saçda tökülməni yaradan səbəblər kimi - bəzi dərmanların qəbulu, cərrahiyyə əməliyyatları, birdən-birə kəskin arıqlama, anemiya, zob və.s xəstəliklər qeyd edilir. Bununla yanaşı stress, yorğunluq, mövsüm dəyişkənliyi, hamiləlik, hormonal dəyişkənlik kimi fizioloji amillər də saç tökülməsinə zəmin yaradır. İnsanlarda saç tökülməsinin səbəbləri təkcə bunlarla bitmir. Bəzi dəri xəstəlikləri və saça tətbiq edilən kimyəvi maddələr də tüklərin tökülməsi ilə nəticələnir. Əsas odur ki, bu səbəblər vaxtında aydınlaşdırılsın və aradan qaldırılsın.
Tarix: 28.12.2012 / 14:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri