Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi dəyişdirən 15 qadın

Tarixdə qadınlar bir çox sahələrdə, o cümlədən mədəniyyət, ədəbiyyat, din və siyasətdə mühüm rol oynayıblar.

Sappho – tarixin ilk qadın ədəbiyatçısı, Afroditanın rahibələrindən biridir. Yazdığı coşğulu və cəsur lirik şeirləri nəsillər boyunca yaşayıb və günümüzə qədər gəlib çatıb.

Kleopatra – Misirin son hökmdarı, dövrünün ən güclü iki şəxsi Sezar və Mark Antoni ilə birlikdə ölkəsinin bütövlüyünü təmin edib, gözəlliyi bu gün belə dillərdən düşmür.

Məcdəlli Məryəm – Xristianlığın yayılmasında mühüm rol oynayan qadındır.

Boudisa – Həyat oldaşı Britaniya adasının ən əhəmiyyətli kaloniyalarının başında durub. Onun ölümündən sonra romalılar Romanı məhv doğru sürükləyib. Buna qarşı mübarizə aparan və bütün kaloniyaları birləşdirən Boudisa müqavimətin simvoluna çevrilib.

Hildedard von Binqen – 1098-1179 – Həyatını monastırda keçirən rahibə şiddətli migren ağrılarına görə gördüyü halisinasyonları ağ kağıza köçürməyə başlayıb. Daha sonra özünü şeirə həsr edən və qadınlıq hisslərini yazıya çevirən ilk insan olub.

Aquitaine Eleanor – 1122-1204 – Fransanın ilk Kraliçası gözəlliyi və cazibədarlığı ilə hamının diqqətini çəkib. O, siyasət sahəsində də olduqca bacarıqlı olub. Oğulları Riçard və Con İngiltərənin güclü kralları idi. Ailəsinin birliyi sayəsində bütün Avropanı idarə edib.

Janna Dark 1412-1431 – Fransanın ən vətənpərvər qadını üstünə zirehləri keçirib ölkəsini İngiltərədən qorumaq üçün Tanrıdan vəhy gəldiyini söyləyib. Bütün ölkədə Əsr müharibələrinin simvolu olub. Sonda din xadimləri tərəfindən yandırıldı, amma ölümündən 400 il sonra Vatikan onu Əzizə elan etdi.



Mirabai – 1498-1565 – Köklü Hindistan ailəsində doğulan Mirabai Krişna dininə iman gətirməyə başlayıb. Hindistan mədəniyyətinin təsiri altına şeirlər yazıb, mahnılar oxuyub və Hinduizmə yeni bir nəfəs gətirib.

Avila Teresa – 1515-1582 – Mistik şeirlər yazan İspaniya rahibəsi yaşadığı dövrdə Katolik kilsəsindəki fanatiklərə qarşı mübarizə aparıb.

Katerine de Mecidi -1519-1589 – 14 yaşlı Fransa kralı ilə evlənib Avropada güclülərdən birinə çevrilib. Həyat yoldaşının vəfatından sonra 3 oğlu və özü Fransanı idarə etməyə başlayıb. Siyasi gücünü artırmaq üçün olduqca mərhəmətsiz olan bu qadın Bartolomey gecəsində 50 min insanın ölümünə səbəb olub.

I Elizabeta 1533-1603 – İngiltərənin “Qızıl Saçlı Kraliçası” ölkəni yox olmaqdan xilas edib və dünya impratorluğu səviyyəsinə gətirən ilk addımların atılmasında böyük rol oynayıb.

Böyük Katerina – 1729-1796 – Rusiyanı 18-ci əsrinin ən güclü dövlətinə çevirən böyük Çariçanın dövründə yüz minlərlə kvadrat kilometrlik ərazi fəth edilib. Rus İmperatorluğunun möhkəm təməlləri onun dövründə atılıb.

Mari Vollstonekraft – 1759-1797 - Feminizm anlayışından ilk dəfə bəhs edən yazıçılardan biridir. “Qadın hüquqları”nın qanuniləşməsi fikirini ortaya atıb.

Ceyn Austen – 1775-1817 – Qadınların çox nadir hallarda roman yazdığı bir dövrdə “Kül ve Atəş” ilə “Qürur və Qərəz” kimi əsərlər yazıb. Fərqli ləqəbləri ilə başqa qadınlara da ilham verib.

Harriet Beecher Stove – 1811-1896 – “Uncle Tom’s Cabin” adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan qadındır.


Tarix: 24.05.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...